29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Minifutbol

“Qəbələ” rəsmiləri Avropa Azərbaycan Məktəbində

“Qəbələ” İdman Klubunun rəsmiləri - futbol direktoru Toni Adams, kommersiya direktoru Mustafa Aztopal, marketinq meneceri Səməd Nəsibov aprelin 28-də Avropa Azərbaycan Məktəbinin (AAM) qonağı olub. Futbolxeber.az saytının məlumatına görə, məktəbin hər iki tədris binasında təşkil edilən görüşlərdə şagirdlər və işçi heyət ilə görüş keçirilib.

Məktəbin direktoru Qrem Pollok çıxış edərək qonağı salamlayıb, dünya futbolunun canlı əfsanəsi Toni Adams haqqında şagirdlərə məlumat verib. Şagirdlər uzun illər İngiltərə yığma komandasının və Londonun “Arsenal” klubunun şərəfini qorumuş məşhur futbolçu haqqında videoçarx izləyiblər. Daha sonra Toni Adams şagirdləri maraqlandıran sualları cavablandırıb.

Görüşdə “Qəbələ” İdman Klubunun kommersiya direktoru Mustafa Aztopal çıxış edərək klubun tanıdılması istiqamətində Qəbələ şəhərinin məktəblərində aparılan işlər haqqında məlumat verib. “Qəbələ” Klubu analoji addımı burada da ataraq hər bir məktəbliyə hədiyyələr təqdim edib. Toni Adams isə ona verilən ən yaxşı sualın müəllifini mükafatlandırıb. "Nəyə görə Arsenalı seçdiniz" sualını Toni Adamsa ünvanlayan şagird əfsanəvi futbolçunun imzalı formasını əldə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31