20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Minifutbol

Cavid Hüseynovun məhkəməsi yenə təxirə salındı

Səbail Rayon Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynovun bu gün keçirilməli olan məhkəməsi təxirə salınıb. Futbolxeber.az saytının məlumatına görə, buna Cavid Hüseynovun vəkili Adəm Məmmədov vəsatətlə çıxış etməsi səbəb olub. Belə ki, A. Məmmədov R.Əliyevin anası Teyfurə Əliyeva və C.Hüseynovun anası Xalidə Hacıyevanın şahid qismində dindirilməsinin düzgün olmadığını qeyd edib. Vəkil bildirib ki, adıçəkilən şəxslər əvvəlki məhkəmə proseslərində iştirak etdiklərindən dindirilə bilməzlər. Hakim Elmar Rəhimov bunun həqiqət olub-olmadığını müəyyənləşdirmək üçün Teyfurə Əliyeva və Xalidə Hacıyevanı məhkəmə zalına dəvət edib. Cavid Hüseynovun anası faktı təsdiq etsə də, mərhumun anası məhkəməə iştirak etmədiyini bildirib. Bununla razılaşmayan Adəm Məmmədov dediklərinin həqiqət olduğunu sübut etməyə hazır olduğunu vurğulayıb. Bu səbəbdən də məhkəmə aprelin 6-na keçirilib.

Prosesdə həmçinin iş üzrə dövlət ittihamçısının dəyişdirildiyi də elan olunub. Yeni dövlət ittihamçısı Rauf Əsgərovdur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30