19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

Bakı Olimpiya Stadionuna toy etmək üçün çoxlu müraciət edilib

“Bakı Olimpiya Stadionunda toy etmək üçün müraciət edənlər çoxdur”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri modern.az-a açıqlamasında Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva deyib.

O qeyd edib ki, müraciət edənlər olsa da, reallaşan toy yoxdur. “Hazırda real toy sifarişi yoxdur. Amma maraqlananlar çoxdur. Gəlirlər, məkana nəzər yetirirlər və qeyd edirlər ki, dəqiq tarix bilinəndə müraciət edəcəklər”.

C.Mehdiyeva bildirib ki, stadionda əsasən açıq səma altında toy etmək istəyənlər müraciət edirlər. “Havalar sərin keçdiyi üçün hələki bu istəklərini reallaşdıra bilmirlər. Əsasən açıq səma altında toy etmək istəyənlər yay fəslini gözləyirlər. Qiymətlərimiz münasibdir. Çünki biz yalnız məkan veririk. Qiymət qonaqların sayından asılıdır”.

Stadion təmsilçisi bildirib ki, onlara toy etmək üçün müraciət edənlər futbol fanatları və ya bu kimi toyları dünya təcrübəsində görmüş şəxslərdir. “Toyun gözəlliyi açıq havada olandır. Bizə müraciət edənlər sadəcə futbol fanatları və ya fərqli dünyagörüşlü insandır. Qeyd edirlər ki, Madriddə, Barselonada belə toy görüblər və öz toylarının da stadionda keçmək istəyirlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30