25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Minifutbol

Apasport.az 9 yaşında!

Bu gün apasport.az saytı üçün əlamətdar gündü. Bədən Tərbiyəsi və İdman Günü olan 5 mart tarixində sayt ad gününü qeyd edəcək.

Azəri-Press Agentliyinin (APA) törəmə müəssisələrindən olan apasport.az artıq 9 ildi fəaliyyət göstərir. Sayt Azərbaycanın ilk və yeganə idman agentliyi kimi, 2007-ci ildə fəaliyyətə başlayıb. İlk ilindəcə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilən apasport.az Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yayır, idman ictimaiyyətinin aparıcı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

Saytda böyük turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər və fotosessiyalarla tanış olmaq mümkündü. Kifayət qədər abunəçisi olan apasport.az saytının gündə iki dəfə hazırladığı bülleten Azərbaycan və rus dillərində nazirliklərə, diplomatik korpuslara, idman qurumları və komandalarına, telekanallara, qəzetlərə və digər ünvanlara çatdırılır.

Futbolxeber.az saytı apasport.az-da çalışan həmkarlarını təbrik edir, daha böyük uğurlar arzulayır. Səsiniz daim ucadan gəlsin!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30