29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Orta məktəblərdə idmanla bağlı yeni qanun layihəsi olacaq

Orta məktəblərdə idmanın inkişaf etdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanacaq. Futbolxeber.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu haqda parlamentin Gənclər və idman komitəsinin matın 3-də keçirillən iclasında komitə üzvü Rauf Əliyev məlumat verib.

Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində, o cümlədən, qonşu Rusiyada artıq belə bir qanun var:

"Hesab edirəm ki, bizdə də belə bir qanunun olmasına ehtiyac var. Bu, həm uşaqlarımızın, yeniyetmələrimizin fiziki sağlamlığına, həm də istedadlı idmançı gənclərin üzə çıxmasına şərait yaratmış olacaq. Bu qanun layihəsi üzərində həm Təhsil, həm də Gənclər və İdman Nazirliyi ilə birgə işlər aparılmalıdır. Xüsusilə də, bu qanunun hazırlanmasında Təhsil Nazirliyi önəmli rol oynayır və oynamalıdır”.

Komitə sədri Fuad Muradov da deputat həmkarının təklifini dəstəkləyib və əlavə edib ki, gələn sessiyanın qanunvericilik işləri planında bu məsələ də nəzərdə tutula bilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31