20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Minifutbol

Azərbaycanda mərc oyunlarına nəzarət Gənclər və İdman Nazirliyindən alınır

Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, komitə sədri Fuad Muradovun sədrliyi ilə keçirilən iclasda “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Qanunun 53-1.5-ci maddəsində “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir. Bildirilib ki, bununla idman mərc oyunları mərc oyunlarına nəzarət qeyd olunan müvafiq icra qurumundan alınaraq yeni yaradılmış Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Qeyd edək ki, müvafiq icra orqanı burada Gənclər və İdman Nazirliyidir. Qanuna əlavə edilən 53-1.7 maddədə isə bildirilir ki, “İdman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir”.

İclasda deputat Adil Əliyev bildirib ki, nəzarətin Gənclər və İdman Nazirliyində qalması daha səmərəli olardı.

Deputatlar Şahin İsmayılov və Naqif Həmzəyev isə çıxış edərək bildiriblər ki, dəyişiklik şəffaflığa xidmət etməlidir. N. Həmzəyev nəzarət orqanının ildə bir dəfə parlamentə hesabat verməsini təklif edib və təklif qeydə alınıb.

Sonda sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30