19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toyun bəyi futbolçudur

“Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində türk müğənnisi Ebru Gündeşin səhnəyə çıxacağı həqiqətə uyğun deyil. Bu barədə bizdə heç bir məlumat yoxdur. Düzdür, toy yiyəsi hansı müğənnini istəsə məclisinə dəvət edə bilər". Futbolxeber.az-ın məlumatına görə, bunu “anspress”ə açıqlamasında Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva bildirib. Onun sözlərinə görə, Ebru Gündeşin toy mərasimində iştirakı gözlənilmir.

"Biz stadionda toy keçirmirik. Biz sadəcə toy, nişan, ad günü və s. mərasim keçirmək istəyənlər üçün stadionu icarəyə veririk. Burdan gələn gəlirlər stadionun xərclərinə sərf ediləcək. Martın 19-da stadionda toy keçirməklə bağlı bir qız bizə müraciət edib. Çılğın futbol azərkeşi olan bu xanım şad gününün futbolla bağlı olması arzusunda olub. Hətta bu barədə qız sosial şəbəkədə status paylaşıb", - deyə C.Mehdiyeva bildirib.

Bir müddət əvvəl “Bakı 2015” İlk Avropa Oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində tanınmış türk müğənnisi Ebru Gündeşin səhnəyə çıxacağı barədə xəbər yayılıb. Yayılan xəbərlərdə deyilir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq məşhur məhz Ebru olacaq. Məlumata görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toyun bəyi futbolçudur. Martın 19-da baş tutacaq məclisdə həmçinin Azərbaycanın tanınmış müğənnilərinin çıxışı gözlənilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30