19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

Azərbaycanlı idmançı həmkarının müalicəsi üçün çempion kəmərini satışa çıxardı

Boks üzrə Avropa çempionu Ağali Alışov çempion kəmərini satışa çıxarıb. Futbolxeber.az-ın aznews.az-a istinadən verdiyi məlumata görə, bu barədə idmançı öz feysbuk səhifəsində açıqlama yayıb.

A.Alışov bildirib ki, onun bu addımı atmasına səbəb xərçəng xəstəliyindən əziyyət çəkən boksçu İsrafilbəyov Emilin müalicəsi üçün vəsait əldə etməkdir:

“Dostlar peşəkar boksdan ən uğurlu nəticəm Avropa çempionluğu olub. Bu titulu qazanmaq üçün çox əziyyətlərdən keçmişəm. Hətta evimi belə satmışam. Lakin bunlara baxmayaraq bu gün qazandığım Avropa kəmərini satışa çıxarıram. Səbəb heç bir zaman üzünü görmədiyim, lakin uşaq yaşlarımda döyüşlərini həvəslə izlədiyim idman həmkarım, ilk azərbaycanlı peşəkar boksçu İsrafilbəyov Emilə (Emil Baku) dəstək olmaqdır. Kəmərə verilən məbləğ bütünlüklə Emil Bakuya dəstək məqsədilə göndəriləcək. Allah qardaşımızın yardımçısı olsun. Hər kəsi bu çətin zamanda Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edən idmançımıza dəstək olmağa çağırıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30