19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Minifutbol

Mədət Quliyev Bakının mərkəzində velosiped sürdü

Azərbaycan ədliyyə işçilərinin peşə bayramı münasibətilə noyabrın 22-də Bakıda velosiped yürüşü keçirilib. Futbolxeber.az-ın məlumatına görə, bu münasibətlə Ədliyyə Nazirliyi Velosiped İdman Klubunun üzvləri və Azərbaycan Velosiped İdmanı Federasiyasının idmançı və əməkdaşları Dövlət Bayrağı Meydanından Heydər Əliyev Mərkəzinə qədər yürüş ediblər.

Yürüşdə Ədliyyə Nazlrliyi Penitensiar xidmətin sabiq rəisi, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev və Penitensiar xidmətin rəis müavini, general-mayor Hüseyn Əlixanov da iştirak edib.

Mətbuat nümayəndələrinə müsahibəsində Mədət Quliyev deyib ki, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi işlədiyi vaxt ədliyyə naziri Fikrət Məmmədovla nazirliyin Velosiped İdman Klubunun yaradılmasına qərar veriblər: “Bundan sonra Penitensiar xidmətin nəzdində velosiped komandası formalaşdırıldı. Artıq 60-dan çox idmançı komandamızın üzvüdür. Həftədə iki dəfə məşq edir, əlamətdar günlərdə yürüş keçiririk. İdmana ayrılan vaxtı itirilmiş zaman adlandırmaq olmaz. Harada işləməyimizdən asılı olmayaraq, hər bir insan, xüsusilə hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər fiziki sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30