26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Qaranlıqdan AYDINlığa

Bir dəfə Gənclikdə hansısa oyundan çıxandan sonra "Futbol+" qəzetinin ən qocaman üzvu Rövşən Sultanov ən gənc üzvü olan məni bir vaxtlar "Qarabag" futbol klubundan tanınan Şaiqin stadionun yanında yerləşən obyektinə qonaqlıga dəvət etdi. Təsadüfən eyni vaxtda eyni obyektdə başqa bir jurnalist məclisi də vardı - Adil Qaçayoğluyla Tofiq Abdin mənim kimi gənc olan Aydın Bağırova qonaqlıq verirdilər. Aydınla münasibətimiz səhv etmirəmsə 16 il əvvəl elə o gün başladı…

Bu gün isə Aydının 35 yaşı tamam olur. Artıq nə Adil müəllim var, nə Tofiq müəllim… Aydın 16 il əvvəl olduğu kimi sadə, səmimi və qayğıkeşdi. Aydın həmin məclisdə iştirak edən dəyərli və gözəl insan, sevimli jurnalistlərimdən biri Adil müəllimin xəstəlikdən əziyyət çəkdiyi ağır dönəmlərində hər zaman onun yanında idi…

Bu illərdə Aydının itirdikləri az olmayıb… Keşməkeşli ömrünün ən böyük travmasanı uşaqlıqda Xocalı faciəsi zamanı Ağdama gətirilən meyitləri görəndə alıb. İndiyədək həmin anları xatırlayanda Aydın sanki dəyişib başqa adam olur. Bu psixoloji sarsıntıdan Aydını qurtaran insan isə Rəşad Məciddi. Aydının özünə ən doğma insan hesab etdiyi Rəşad müəllim 17 yaşında yeniyetməni ölkənin ən nüfüzlu qəzetlərindən birinin kollektivinə qatmaqla onun həyatını dəyişib, qaranlıqdan aydınlıga çıxarıb. İndiyəcən Aydın həmin kollektivin dəyişməz üzvü və əminəm ki, elə 18 il öncə oldugu kimi ən sevimli simalarındandı.

Aydının Mirhacib Məcidlə birgə ərsəyə gətirdiyi qol.az saytı hər ay, hər həftə və az qala hər gün yeni-yeni uğurlara və rekordlara imza atır. Bilmirəm "Qarabag"ın gənclər komandasında çıxışını yarımçıq saxlayıb jurnalistikaya keçməyinə görə üzülür, ya yox. Amma jurnalistlər arasında ən yaxşı futbolçu, futbolçular arasında isə heç şübhəsiz ən yaxşı qələm sahibidi. Amma bütün bunlardan daha üstün olan onun insani keyfiyyətləridi ki, Aydını yaxından tanıyan hər kəs onu şəxsiyyət kimi qəbul edir və hörmət bəsləyir. Atam hər zaman Ağdam deyəndə müəllimi Xudu Məmmədovu xatırlayır. Mənim üçün isə Ağdam elə Aydındı.

Aydının ən yaxşı tərifini isə həmkarımız Vüsalə Məmmədova verir: "Aydın DOST kimi "ixtisaslaşan" adamdı"!

Aydın üçün dəyərli olacagı düşündüyüm bəzi insanların fikirləri…

Vüsalə Məmmədova: On ilə yaxındır ki, Aydının telefon nömrəsi "b.nabor"dadır)))) O az insanlardandır ki, onunla həm ədəbiyyatı müzakirə etmək mümkündür, həm idmanı, həm də həyatı. Aydın DOST kimi "ixtisaslaşan" insanlardandır. Çox dəyərlidir. Çox uzadıb yormayım yubilyarı))

Rövşən Binnətli: Mənə görə insanın bəzəyi, ilk növbədə, sadəlik və səmimiyyətidir. Bu iki keyfiyyət Aydın bəydə vəhdət təşkil edir. Nəzərə alsaq ki, əziz qardaşımız həm də yaxşı mənada prinsipialdır, onun hər birimiz üçün dəyəri tam AYDINlaşar. Peşəsinə münasibətinə gəlincə, bu haqda da "Qol.az"dakı fəaliyyəti hər şeyi deyir. Onun üçün bu əlamətdar gündə arzularım bitib-tükənməzdir - bütün varlığımla təbrik edirəm...

Yusif Rzayev: Həmişə özümə doğma, əziz bildiyim adamlar haqda söz deməyə, yazmağa çətinlik çəkmişəm. Aydın da o adamlardan biridi - bu gün ad günüdü, 35 yaşı olur, 35 ildi Aydını tanıyıram, amma indi nə deyəcəyimi bilmirəm.

Aydın, həmişə belə əziz, doğma olasan, o qədər əziz, doğma ki, səni sevənlər o hisslərini ifadə eləməyə söz tapa bilməsinlər. Təbrik edirəm, öpürəm. Bu dünyaya xoş gəlmisən!

Aydının gənc yaşında bu qədər sevgi sayğı qazanması çox şeydən xəbər verir. Bu hələ başlanğıcdı!

Anar ŞABANOĞLU




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30