16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Minifutbol

Avstriyalı idmançıların avtobusla vurulmasını əks etdirən videonu yayan polis daxili işlər orqanlarından xaric edilib

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti I Avropa Oyunlarının Atletlər kəndinin nəqliyyat deposunda avstriyalı idmançıların avtobusla vurulması ilə nəticələnən hadisə haqqında növbəti məlumat yayıb.  DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 2015-ci il iyun ayının 11-də I Avropa Oyunlarının Atletlər kəndinin nəqliyyat deposunda, «Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün nəzərdə tutulmuş səki ilə gedən Avstriyanın yığma komandasının iki üzvünə bədən xəsarətləri yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törətmiş avtobusun sürücüsü barəsində həbs qətimkan tədbiri seçilərək istintaq aparılır.

"Lakin həmin gün qeyd edilən yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntü naməlum mənbədən sosial şəbəkələrə və internet portallarına yerləşdirilib.  Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində videonun Nizami RPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin bir əməkdaşı tərəfindən telefona köçürməklə tanışlarından birinə göndərməsi, onun da videonu sosial şəbəkədə yerləşdirməsi müəyyən olunub. Ciddi xidməti qəbahətə yol vermiş polis əməkdaşı barədə dərhal müvafiq yoxlama aparılmış və o, daxili işlər orqanlarından xaric edilib.

Xidməti araşdırmalar davam etdirilir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30