29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

General olmaq istəyən olimpiya çempionumuz: “Bakıda 6 supermarketim fəaliyyət göstərir”

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli bizneslə məşğul olmağa başlayıb. Futbolxeber.az-ın məlumatına görə, axşam.az-a açıqlama verən idmançı hazırda Bakı şəhərində bir neçə supermarketin sahibi olduğunu deyib.

Onun sözlərinə görə, yeddi aydır bu sahədə fəaliyyət göstərir:  “2013-cü ildə ayağımdan zədə aldığım üçün idmanla vidalaşdım. Mən Daxili İşlər Nazirliyinin əməkdaşıyam. Həmçinin Cüdo Federasiyasında vitse-prezident vəzifəsində çalışıram. Yeni bir işlə məşğul olmaq istədim. Bu biznesə 7 ay əvvəl başlamışam. Bakıda "Nömrə 1" adlı 6 supermarketim fəaliyyət göstərir. Nəqliyyat Nazirliyinin yaxınlığındakı sonuncu supermarket isə bunların içərisində ən böyüyüdür. Ümumilikdə 500 işçim var. Bu insanlar məndən maaş alıb, ailəsini saxlayır. Ən az min insana çörək verirəm. Bundan gözəl hiss ola bilməz. Mən bu dövlətin əsgəriyəm, quluyam. Bu dövlətə köməyim dəyməsi üçün çalışıram”.

E.Məmmədli şəxsi biznesini uzun müddətdir gizli saxlamasının səbəbini də açıqlayıb: “Bir müddət belə olmasını istədim. Daha sonra xəbərin sürətlə yayılmağa başladığını gördüm. İstəmədim, insanlar bu haqda xəbəri kənardan eşitsinlər. Qərara gəldim ki, özüm açıqlama verim. Bu işdə mənə yaxın qohumum, dostum Rəşid bəy kömək edir”.

E.Məmmədli ən böyük arzusunu da dilə gətirib:  “Bundan sonrakı arzum general olmaqdır. Əgər qismət olarsa, məsləhət bilinərsə, bu baş verər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31