19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

Emin Abbasov "Qarabağ"da

 

"Qarabağ" klubunda yeni təyinat baş tutub. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan futbol ictimayyətində tanınmış simalardan olan, televiziya sahəsindəki fəaliyyəti ilə məşhurlaşan Emin Abbasov bu gündən etibarən "Qarabağ" FK-nın idari sturukturunda çalışacaq. Emin bəy "Qarabağ" FK-da aşağı yaş qruplarının baş koordinatoru vəzifəsinə təyinat alıb.  Emin Abbasov klubun rəsmi saytına ilkin təəssüratları və hədəfləri haqqında danışıb: "Harada olmağımdan asılı olmayaraq həmişə Azərbaycan futboluna xidmət etməyə çalışmışam. "Qarabağ" klubundan iş təklifi aldım və məmnuniyyətlə bu dəvəti qəbul etdim. Klubun direktoru Əmrah Çəlikəllə danışdıq, mənə hər cür dəstək verəcəyini söylədi. Belədə bütün bacarığımı nümayiş etdirmək üçün əla imkanlara malik olduğum bir məkana gəldiyimi anladım.  Sözsüz ki, son 3-4 ildə "Qarabağ" Azərbaycan futboluna yeni nəfəs gətirib.  Yerli futbolçulara verilən dəyər "Qarabağ" məfhumunu insanlara daha da doğmalaşdırıb. Təbii ki, günümüzdə futbol xüsusi inkişaf mexanizminə malikdir. Biz də dünyanın idmanın şahında tərəqqi edən bütün müsbət meyarlardan yararlanmaq üçün çalışacağıq. "Qarabağ" rəhbərliyi ilə söhbətlərdən  əmin oldum ki, həqiqətən də klub üçün böyük ideyaları var. Hazırda klubun strukturu qurulur. Baza yaxında zamanda hazır olacaq. Bundan sonra "Qarabağ"ın bütün yaş qrupları üzrə komandalarına cavabdehlik daşıyacam. Əlimdən gələn hər şeyi edəcəyəm ki, "Qarabağ"ın Futbol Akademiyası günü-gündən inkişaf etsin. Bu gün kollektivə təqdim olundum və daha sonra bütün yaş qrupları üzrə çalışan məşqçilərlə görüşümüz oldu. Komandalarımızın qazandığı nəticələr barədə məlumat verildi, mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı. Təbii ki,  məsələnin texniki tərəfinə qarışmaq peşəkarlığa sığmır. Mənim işim futbolun idarəçilik, məşqçilər də isə meydanda olan hissəsidir. Əl-ələ verib klubumuzun gələcəyini qurmağa çalışacağıq. Futbolun inkişafını istəyiriksə, mütləq uşaq futboluna lazımi diqqət ayırmalıyıq. Başqa cür irəliləyiş əldə etmək mümkün olmayacaq. İşimiz çətin olsa da olduqca məsuliyyətlidir. Hədəfimiz "Qarabağ"ın simasında bütün Azərbaycan futboluna xidmət etməkdir. Hamı bilir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov yerli gənclərlə işləməyə ütsünlük verən mütəxəssisdir. Bu məqam bizim məsuliyyətimizi birə-beş artırır. Çünki yalnız rəhbərlik deyil, həm də baş məşqçi hər zaman aşağı yaş qrupları üzrə komandaların durumunu nəzarət altında saxlayır. İnanıram ki, "Qarabağ" camiəsi üçün xeyirli olacam".




Ad: Tehmin Celilbeyli;   E-mail: [email protected]

31.08.2015 13:24

Salam men Tehmin Celilbeyli Emin oglu 1994-cu il tevelludlu ,men Qarabag futbol klubunda oynamaq istiyirem yawim 21 .Evvel Tofiq Behramov adina stadionda futbolnan mewgul olmuwam..sizden xahiw edirem fikrimi ciddi oldugunu bilib mesajimi oxuyub qerar veresiniz
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30