25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Minifutbol

PFL-də iki ad günü birdən YAZI

Bu gün Peşəkar Futbol Liqası (PFL) üçün xüsusi gündür. Hər halda, qurumda birdən-birə iki ad gününün qeyd olunması əlamətdar olaydır. Əslində, onlar doğum günlərini hələ 2 gün öncə elə PFL-də kollektivlə birgə keçirdilər. Məlum olduğu kimi, bu gün istirahət günüdür və bunu nəzərə alan “PFL”-çilər həftənin son iş günündə tort masası arxasında bir araya gəldilər. Səbəbkarlar isə qurumun prezidentdi Ramin Musayevlə Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı, gənc həmkarımız Elgiz Abbasovdur.
 
Maraqlı persona
 
Ramin Musayev 1963-cü ilin aprelin 26-da Gürcüstanın Bolnisi rayonunda dünyaya gəlib. Borçalı mahalının dəyərli nümayəndəsi 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib. Hələ uşaqlıdan idmanla, güləşlə məşğul olmuş Musayev idman ustalığına namizəddir.
Uzun illər hüquq-mühafizə sahəsində çalışan Ramin müəllimin futbol sahəsində fəaliyyəti 2004-cü ildə “Neftçi”də başlayıb. Bakı klubunda ilk olaraq icraçı-direktor kimi çalışan Musayev az sonra vitse-prezident postunu daşıyır. Rövnəq Abdullayev “Neftçi”nin prezidentliyi dövründə bu klubda 4 il işləmiş Musayevin dönəmində bir sıra uğurlara imza atılıb. Belə ki, komanda 2004-cü ildə “qızıl dubl”a imza atır, növbəti mövsümdə “qızıl oyun”da çempionluğu qazanır, 2006-cı ildə bürünc, 2007-ci ildə isə gümüş medalçı olur.
 
Ən böyük uğurları beynəlxalq arenada əldə edən “Neftçi” bir sıra ilklərə imza atır. “Ağ-qaralar” Çempionlar Liqasında ilk dəfə mərhələni 2004-cü ildə keçir. “Neftçi” Avropanın ən nüfuzlu klub turnirində iki il dalbadal mərhələ keçən ilk Azərbaycan təmsilçisi kimi tarixə düşür. 2005 və 2006-cı illlərdə isə “Birlik kuboku”nda ardıcıl iki dəfə finala vəsiqə, Ermənistanın “Pünik” klubu üzərində tarixi zəfərlər qazanılır. “Birlik kuboku”nu 2-ci cəhddə qazanan “ağ-qaralar” postsovet məkanı ölkələri arasında keçirilən bu turnirin qalibi olan ilk Azərbaycan klubu kimi tarixə düşür.
 
Ramin Musayev artıq 7 ildir bir yox, artıq bütün klubların təmsilçisidir. Bu da onun başçılıq etdiyi PFL-in rəhbəri olmasıdır. 2008-ci ilin iyulun 2-də AFFA-nın yaratdığı bu qurumun ilk prezidenti seçilən Ramin müəllim “Neftçi”dəki fəaliyyətini başa vurmalı olur. Çünki qurumun nizamnaməsinə görə onun prezidenti başqa klubda çalışa bilməz. 2012-ci ilin iyulun 3-də isə Musayev yekdilliklə yenidən qurumun prezidenti seçilir.
 
Ramin Musayevin dövrüdə bir sıra islahatlar həyata keçirilir. Əvvəla, PFL Azərbaycanda Premyer Liqanı, ölkə kubokunu, I divizionu, əvəzedicilərin çempionatını keçirən bur qurumdur. Premyer Liqa klublarının əvəzedici komandalarının yarışının təşkil olunması məhz PFL-lə bağlıdır. Çempionata sponsorlar cəlb edən qurum əvvəlcə 2009-2012-ci illərdə “Unibank”, 2012-ci ildən bu yana isə “Topaz”la əməkdaşlıq edir. Azərbaycan kuboku 2010/11 mövsümündə "NBC Bank"la əməkdaşlıq nəticəsində NBC Azərbaycan kuboku adlanıb. PFL Azərbaycan Superkubokunu uzun fasilədən – 18 ildən sonra bərpa edir. 2013-cü ildə Naxçıvanda keçirilən həmin matç kubokun qalibi “Xəzər Lənkəran”ın çempion “Neftçi” üzərində 2:1 hesablı qələbəsi ilə nəticələnir. PFL-in dövründə Premyer Liqa adlanan çempionatımız 2009-2012-cü illərdə “altılıq”, son 2 mövsümdə 4 dövrəli sistemlə keçirilir. Ramin müəllimin oğlu Elvin də futbolçu olub. Bir klublarda oynayan yarımmüdafiəçiyə “Neftçi” və “Qarabağ” kimi aparıcı klublarının şərəfini qorumaq nəsib olub.
Ramin Musayev maraqlı persona sayılır. Bu, xüsusilə mətbuat üçün aiddir. Media nümayəndələri onun iştirakı ilə keçirilən tədbirlərə böyük maraq göstərirlər. Ramin müəllimin maraqlı, səmimi açıqlamaları sərlövhələri bəzəyir. Onun qeyri-rəsmi söhbətlərinin isə öz yeri var.
 
Təmtəraqlı yubiley
 
Ad gününün çalışdığın təşkilatın rəhbəri ilə eyni günə təsadüf etməsi az hallarda olur. Bu, gənc həmkarımız Elgiz Abbasova nəsib olub. Onun bu mövsümdən çalışdığı PFL-də ilk ad günü Ramin Musayevlə birgə təmtəraqla keçildi. Elgizlə tanışlığım mediada ilk addımlarını atdığı, uzun illər çalışdığı “Çempion" qəzetində olub. İndi isə o, çempionatı keçirən bir qurumda çalışır. Bunadək futbol11.az saytında fəaliyyət göstərən Abbasovun bu idman portalının tanınmasında az əməyi olmayıb. Əslən Masallıdan olan, "Viləş" klubunun azarkeşi Elgizə doğma bölgəsinin təmsilçisinin yenidən milli çempionatımızda iştirak etməsini arzulayardım.
Xoş sözlərə layiq olan Elgiz bu gün yubileyini qeyd edir. PFL prezidentinin 52, həmkarımızın isə 25 yaşı tamam olur. Həqiqətən maraqlı təsadüfdür. Səbəbkarların şərəfinə hazırlanan tort doğurdan da göz oxşayır, hər bir tərifə layiqdir. Təşəbbüskar olan Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Shahgeldiyev isə öz fərqliliyi, maraqlı ideyaları ilə seçilən dəyərli dostlarımızdandır.
 
Mehman SÜLEYMANOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30