19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

Qurban Qurbanov və Elvin Məmmədov azyaşlılarla futbol oynadı

 

AFFA ilə Bakcell şirkətinin birgə həyata keçirdiyi "Futbol Bakcell ilə" layihəsi çərçivəsində bu gün daha iki meydançada məşqlər başlayıb. Futbolxeber.az-ın məlumatına görə, əvvəlcə Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi - 9 ünvanında yerləşən süni örtüklü meydançada Şamil Heydərovun rəhbərliyi ilə 8-12 yaşlı uşaqların məşqi keçirilib. Məşqə Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov və milli komanda ilə "Neftçi" klubunun üzvü Mahir Şükürovun topa ilk toxunuşundan sonra start verilib.
Layihənin icrasının başlandığı növbəti məkan Yasamal rayonu, Süleyman Dadaşov küçəsi 577-ci məhəllə ünvanında yerləşən süni örtüklü meydança olub. Burada topa ilk toxunuş "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov və Azərbaycan milli komandası ilə "Bakı" klubunun futbolçusu Elvin Məmmədov tərəfindən edilib. Bu meydançada məşqlər Kəmalə İbadullayevanın rəhbərliyi ilə keçirilir.
Xatırladaq ki, "Futbol Bakcell ilə" layihəsi AFFA tərəfindən inşa olunmuş müxtəlif süni örtüklü meydançalarda assosiasiyanın təyin etdiyi təcrübəli məşqçilər tərəfindən 8-12 yaşlı uşaqlar üçün ödənişsiz məşqlərin təşkilini özündə ehtiva edir. Layihəyə mayın 1-də start verilib. Açılış tədbirlərində dünya futbolunun tanınmış simaları - Duayt York, Hakan Şükür, Rüştü Rəçbər, Abdullah Avcı, Berti Foqts, Uli Ştayn, Azərbaycan milli komandasının üzvləri Rəşad Sadıqov, Kamran Ağayev və futbol ictimaiyyətinin digər tanınmış nümayəndələri iştirak ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30