29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Tovuzlu azarkeşlər təzyiqə məruz qalıblar

 

Cümə günü keçirilən “Turan” - AZAL görüşündə oyunu izləməyə gələn bir qrup tovuzlu azarkeş  polis tərəfindən təzyiqlərə məruz qalıb. Bu barədə "Het-trik news" qəzetinə əslən tovuzlu olan Sahib Musayev məlumat verib. Onun sözlərinə görə, oyunun başlamasına 1 saat qalmış oyunöncəsi məşqi izləmək üçün stadiona daxil olmaq istəyərkən, polislər buna imkan verməyiblər və hərəkətlərinin səbəbi kimi rəhbərliyin göstərişini yerinə yetirdiklərini deyiblər: “Təxminən 15 nəfər komandanın ağır günündə “Turan”a dəstək olmaq üçün o boyda yol gəldik. Stadiona çatanda matçın başlamasına 1 saat qalırdı. Fürsətdən istifadə edib oyunöncəsi məşqi izləmək istədik. Amma polislər içəri keçməyimizə mane oldular. Halbuki, həmin vaxt stadiona girib-çıxanlar var idi. Səbəb kimi isə, yuxarıdan göstəriş olduğunu və azarkeşlərin qrup şəklində gəlməli olduqlarını dedilər. Saat 5-də axır ki, stadiona daxil olduq. Bir qədər sonra bizə daha 5 nəfər qoşuldu. Onlar da Tovuzdan gəlmişdilər. Yol uzaq olduğundan bir qədər gecikmişdilər. Amma əsas problemlər bundan sonra başladı. Özümüzlə üzərində  “Cənab prezident ümidimiz sizədi!”, “Tovuzu futbolsuz qoydular!”, “Turan”sız yaşamaq mümkün deyil!”, “Turan” yaşamalıdı, yaşasın bizimlə!” sözləri yazılmış plakatlar gətirmişdik. Plakatları açandan 2-3 dəqiqə sonra yenə də polislər bizə yaxınlaşaraq onları yığışdırmağımızı tələb etdilər. Yenə də, rəhbərlikdən gələn göstərişi icra etdiklərini dedilər. Görəsən, bu plakatlarda qanunsuz nə yazılmışdı ki, bizə qarşı belə haqsızlıq etdilər”.

Amma bu da polislərin azarkeşlərə qarşı son təzyiqi olmayıb. Sahib bəyin sözlərinə görə, “Turan”ı dəstəkləyən 10-12 yaşlı bir neçə uşağı yanlarına dəvət ediblər və bu zaman yenə də polis səddi ilə qarşılaşıblar. Asayiş keçikçiləri həmin uşaqlara oyuna baxmağa imkan verməyərək, stadiondan uzaqlaşdırıblar.

Sonda tovuzlu azarkeş komandanın məğlubiyyətinin əsas səbəb ilə bağlı fikirlərini də bildirdi: “Komandanın xala ehtiyacı olan bir vaxtda heyətdə yerli futbolçuların oynaması əvəzinə, legionerlərə üstünlük verildi. Onların heç biri tovuzlular qədər “Turan”a can yandıra bilməzdilər. Fərmayıl Əliyev oyunun əvvəlindən meydana çıxmalı idi. İkinci hissədə də göstərdiyi oyunla sübut etdi ki, yerli futbolçular “Turan”a legionerlərdən  daha çox can yandırır”.

Qeyd edək ki, PFL-in saytında dərc olunan “Turan” – AZAL matçının protokolunda oyunu izləyən azarkeşləri sayı 30 nəfər göstərilib. Yəqin ki, onlar elə tovuzlu azarkeşlər  olublar. Görəsən, həmin 20 nəfər və azyaşlı uşaqlar olmasaydı, azarkeş sayı nə qədər göstəriləcəkdi?

“Het-trik news” 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31