24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

"Xəzər Lənkəran" və "Azerfon" arasında müqavilə imzalandı

“Xəzər Lənkəran” Futbol Klubu MMC və “Nar Mobile” ticarət nişanı ilə fəaliyyət göstərən “Azerfon” şirkəti arasında ikiillik korporativ tərəfdaşlıq müqaviləsi imzalanıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 1 oktyabr 2014-cü il tarixdə qüvvəyə minmiş razılaşmaya əsasən, tərəflər öz üzərilərinə qarşılıqlı korporativ xidmət öhdəliyi götürüblər. Eyni zamanda şirkətlər arasında ayrıca sponsorluq müqaviləsi də imzalanıb ki, bu müqavilə də “Azerfon” şirkətinin “Xəzər Lənkəran” Futbol Klubunun iştirakı ilə keçirilən bütün yarış və tədbirlərdə klubun rəsmi tərəfdaşı olacağını təsdiq edir.

“Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, "Xəzər Lənkəran" Futbol Klubunun və ümumilikdə "Palmali" Şirkət Qrupunun fəaliyyətini yüksək qiymətləndirib. Son illər “Nar Mobile” mobil operatorunun nəzərə çarpacaq uğurlara imza atdiğını xüsusi qeyd edən şirkət rəhbəri, Azərbaycanın biznes mühitində öz yeri və çəkisi olan ən iri holdinq və şirkətlərin artıq “Azerfon” ilə əməkdaşlığa başlamalarının bunun əyani sübutu olduğunu vurğulayıb.

Öz növbəsində, “Xəzər Lənkəran” Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov qeyd etdi ki, sözügedən müqavilələrin imzalanması tərəflər arasında uğurlu əməkdaşlığın təməlinin qoyulması anlamına gəlir. “Azerfon“ şirkəti və “Xəzər Lənkəran” FK arasında sponsorluq müqaviləsinin önəmliliyi xüsusi qeyd edilərək bildirilib ki, ölkənin ən böyük azarkeş kütləsinə malik klubu ilə “Nar Mobile” mobil operatoru arasında əməkdaşlıq hər iki tərəf üçün məhsuldar və effektiv olacaq.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30