19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Minifutbol

“ASAN xidmət” mərkəzləri arasında peyntbol turniri keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq gənclərin vətənpərvər, mənəvi və sağlam formalaşdırılması sahəsində işlər davam etdirilir. Bu sahədə Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Peyntbol Federasiyası ilə birgə tədbirlər davam etdirilir. 

Peyntbol idman növü gənclərin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. Belə ki, hərbi vətənpərvərliyin artırılması sahəsində peyntbol idman növünün xüsusi yeri vardır.

3 oktyabr 2014-cü il tarixində “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında Şüvəlan qəsəbəsi ARENA idman klubunda Peyntbol Turniri keçiriləcək.

Turnirin əsasnaməsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Peyntbol Federasiyası tərəfindən təsdiq edilib.

Turnir 16 komanda və hər bir komandanın tərkibində 6 idmançı olmaqla təşkil ediləcək. 

Turnirin keçirilməsində məqsəd gənclərin fiziki hazırlığının artırılmasına dəstək, onların  idman naliyyətlərinin, o cümlədən vətənpərvərliyin təbliğ edilməsi, peyntbol idman növünün gənclər arasında təbliği, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda mənəvi və fiziki tərbiyəsi, həmçinin, gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidir.

Turnirdə 1, 2 və 3-cü yerləri qazanacaq komandalara və digər iştirakçılara müvafiq olaraq qiymətli hədiyyələr, diplomlar, xatirə medalları təqdim olunacaqdır.

İdmançıların mükafatlandırlması mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Peyntbol Federasiyasının rəhbərliyi iştirak edəcək.

Peyntbol Federasiyasının Mətbuat xidməti 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30