18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

Veteranlar Daşkənddə Heydər Əliyev Mərkəzində

Xəbər verdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə respublikamızın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə aprelin 27-də, Daşkənd şəhərində Özbəkistan və Azərbaycanın futbol veteranları arasında yoldaşlıq oyunu keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, bu məqsədlə Özbəkistanda səfərdə olan futbol veteranlarımız səfirliyin əməkdaşları ilə birgə Heydər Əliyevin Daşkənd şəhərindəki abidəsini və "Paxtakor" klubunun təyyarə qəzasında həlak olan üzvlərinin məzarını ziyarət edərək AFFA-nın adından əklil qoyublar. Səfirliyin nəzdində yaradılmış Heydər Əliyev Mərkəzinə gedən veteranlar ümummilli liderin həyatının müxtəlif dövrlərini əks etdirən fotolarla tanış olublar. Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev qeyd edib ki,  özbək və azərbaycanlı uşaqların hər iki dövlətə və xalqa həsr etdikləri rəsmlər də burada toplanır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30