20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

İlqar Mikayıloğlu Mahir Şükürovun müdafiəsinə qalxdı: “Əcəb eləyir”

ANS kanalında yayımlanan “Günə Baxan” proqramının aparıcısı İlqar Mikayıloğlu milli komandamızın üzvü Mahir Şükürovun müdafiəsinə qalxıb. Futbolxeber.az-ın məlumatına görə, İ.Mikayıloğlu bir qədər əvvəl canlı efirdə M.Şükürovun sosial şəbəkələrdə paylaşdığı şəkillərə görə tənqid olunmasına belə münasibət bildirib: “Nəyə görə deyirlər ki harınlayıb? Kim bacarırsa, o da eləsin. Bu adam 90 dəqiqə meydanda tər tökür, mübarizə aparır. Kim bacarırsa Mahir kimi çıxıb, meydanda tər töksün. Bacarırlarsa, çıxıb İtaliyaya, Amerikaya qarşı oynasınlar da. Mahir normal da oynayır, qollar vurur. Can qoyur və pul qazanır. Əcəb eləyir şəkillərini paylaşır. Bu adam işini bacarır da. Bütün bu söz-söhbəti ortaya atanlar Mahirə paxıllıq edənlərdi”.

İ.Mikayıloğlu bu cür halların SSRİ dövründə də olduğunu bildirib: “SSRİ vaxtı Maşallah Əhmədov, İqor Ponomaryov, İsgəndər Cavadov kimi futbolçular var idi. Heç kimdə “Qaz 24” olmasa da, həmin vaxt futbolçularda var idi. O dövrdə ev almaq, instituta daxil olmaq asan deyildi. Amma futbolçuların həm evi, həm maşını var idi, həm də institutda oxuyurdular. Nəyə görə? Çünki əziyyət çəkirdirlər”. 




Ad: Axundov;   E-mail: [email protected]

05.06.2014 18:15

Aferin Ilqar, bu cushkalarin cavabini verdin !
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30