19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

Futbolxeber.az saytı DÇ-2014-lə bağlı müsabiqə elan edir

Futbolxeber.az saytı Braziliyada keçiriləcək dünya çempionatı ilə bağlı müsabiqə keçirirMüsabiqə uduşludur. Qalib, eləcə də ikinci və üçüncü yerin sahibləri müəyyən məbləğdə pul uduşuna sahib olacaqlar (Uduşun məbləği iştirakçıların sayı bəlli olandan sonra açıqlanacaq). Həmçinin yarışmada ilk 3 yeri tutan şəxsin müsahibəsi Futbolxeber.az saytında yerləşdiriləcək. “Futbolxeber.az-ın DÇ-2014 müsabiqəsi”ndə hər bir şəxs iştirak edə bilər.

MÜSABİQƏNİN ŞƏRTLƏRİ

1. Müsabiqədə 1 nəfər yalnız 1 adla iştirak edə bilər.

2. Müsabiqədə iştirak etmək istəyənlər iyunun 4-ü, saat 00:00-dan etibarən, iyunun 10-u saat 23:59-a kimi qeydiyyatdan keçə bilərlər.

3. Yarışmada iştirak edəcək hər bir şəxs “İştirakçı vəsiqəsi”nə sahib çıxmalıdır.

4“İştirakçı vəsiqəsi”nə sahib çıxmaq üçün 5 AZN məbləğində ödəniş edilməlidir.

5. “İştirakçı vəsiqəsi”ni alarkən müsabiqə iştirakçıları şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

6. Müsabiqə iştirakçıları hər günün oyunları üçün proqnozlarını təqdim edəcəklər. Hər gün səhər saat 10:00-dan etibarən ilk matçın başlamasına 1 saat qalmış vaxta kimi iştirakçılar həmin gün üçün öz proqnozlarını təqdim edə biləcəklər.

7. Hər oyuna bu mərc növlərindən birini etmək mümkündür: hansısa komandanın qələbəsinə (1 və ya 2), heç-heçəyə (X)alt-üst, qol-qol;yox-qol, 1,5 alt və ya 1,5 üst, eləcə də cüt şans (1X; 2X; 12) mərc etmək mümkündür.

8. Hər mərcin öz xalı olacaq. Hansısa komandanın qələbəsi 5, heç-heçə 7, alt və ya üst 3, cüt şans 1, 1,5 alt 4, 1,5 üst isə 2 xalla dəyərləndiriləcək.

8. Hər səhv proqnoza görə iştirakçının balansından 2 xal çıxılacaq.

(Daha aydın olması üçün izah edək. Tutaq ki, Məmmədov Məmməd ilk oyun günü üçün belə proqnoz edib:

Braziliya - Xorvatiya    - 1

Meksika - Kamerun     alt

İspaniya - Hollandiya üst

Qarşılaşmalar isə belə nəticələnib:

Braziliya - Xorvatiya    2:0   +

Meksika - Kamerun     2:2   -

İspaniya - Hollandiya 2:1   +

Bu halda iştirakçı Braziliyanın qələbəsini düzgün proqnozlaşdırdığına görə 5, İspaniya - Hollandiya matçında üstü düzgün tapdığına görə 3 xal qazanır. Amma Meksika - Kamerun oyununa yalnış proqnoz etdiyi üçün iştirakçının balansından 2 xal çıxılır. Bu isə o deməkdir ki, Məmmədov Məmməd günü 6 xalla başa vurur).  

9. Turnir boyu hər oyuna iştirakçı yalnız 1 mərc edə bilər.

10. Turnirin sonunda ən çox xal yığan iştirakçı qalib elan olunacaq.

11. Qaliblə yanaşı, ikinci və üçüncü yerin sahibləri pul mükafatına sahib çıxacaqlar. Eləcə də həmin şəxslərin müsahibələri Futbolxeber.az saytında yerləşdiriləcək.

12. Müsabiqədə iştirak etmək istəyənlər bu xəbərin şərh bölümünə, [email protected] e-mail ünvanına, eləcə də facebookdakı Futbolxeber.az profilinə (https://www.facebook.com/profile.php?id=100006473343891&ref=tn_tnmn), feysbukdakı “Futbolxeber.az-ın DÇ-2014 müsabiqəsi” adlı qrupa müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Hər 4 halda iştirakçılar onlarla yenidən əlaqə yaradılması, iştirak vəsiqəsinin təqdim edilmsi üçün əlaqə nömrələrini yaza bilərlər. Əlavə suallara qeyd etdiyimiz 4 ünvanda cavab tapa bilərsiniz.

Hər kəsə uğurlar. Oyunçu aparsın!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30