20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Minifutbol

Rusiyanın tanınmış idman jurnalistləri Dağlıq Qarabağda

Rusiyanın bir neçə tanınmış idman jurnalisti bu Azərbaycan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər ediblər.
 
Qol.Az-ın vesti.az saytına istinadən yaydığı xəbərə görə, səfər Moskvada yaşayan “Avineks” şirkətinin rəhbəri, FİFA tərəfindən tanınmayan Beynəlxalq Həvəskar Futbol Assosiasiyasının təsisçisi və Qarabağ müharibəsinin iştirakçısı Armen Barxudaryanın təşəbbüsü ilə baş tutub.
 
Onlar mayın 31-də Xankəndidə 8 yerli, 2 Moskva komandasının yarışdığı futbol turnirində iştirak edirlər.
 
Məlumata görə, Moskva komandasının tərkibində Rusiyanın “NTV Plyus” telekanalının əməkdaşı, əslən Bakı ermənisi olan Nobel Arustamyan, “R-Sport” idman agentliyinin müxbiri Maksim Allanazarov, “Perest” telekanalının idman müxbiri İqor Kıtmanov, “NTV Plyus”un şərhçisi Filipp Kudryavtsev də var. Onlar Xankəndidə çəkdirdikləri şəkli sosial şəbəkələrdə yayımlayıb.
 
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin icazəsi olmadan Dağlıq Qarabağa istənilən səfər qeyri-qanuni hesab edilir. Bu səfərə gedən şəxslər rəsmi Bakı tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunur. Bu halda onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30