20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Minifutbol

Məşqçilərə Pro sertifikatları təqdim edildi

 

AFFA-nın Futbol Akademiyasında UEFA-nın Bakıda ilk dəfə təşkil olunmuş Pro kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq sertifikatlar təqdim olunub. Futbolxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən baş katib Elxan Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından məşqçiləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. E.Məmmədov bildirib ki, Pro kurslarının keçirilməsinə UEFA tərəfindən ciddi nəzarət olunub və AFFA-nın təşkilatçılığını Avropa futbol qurumu yüksək qiymətləndirib. Həmçinin qeyd olunub ki, ölkəmizdə təşkil olunacaq növbəti Pro kurslarına digər ölkələrdən də böyük maraq göstərilir və məşqçilər Azərbaycanda keçiriləcək kurslarda iştirak edə bilmək üçün AFFA-ya müraciət edirlər.
AFFA-nın Texniki direktoru Bernhard Lippert Pro kurslarının təşkilində əməyi olanların hər birinə təşəkkürünü bildirib.
Baş katib Elxan Məmmədov müvafiq sertifikatları məşqçilərə təqdim edib.
Futbol akademiyasının qarşısında tədbir iştirakçıları xatirə şəkli çəkdirib.
Tədbir başa çatdıqdan sonra Pro kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə AFFA tərəfindən ziyafət verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30