29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Qurban Qurbanov - 41!

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdü. Futbolxeber.az-ın məlumatına görə, milli komandasımızın sabiq kapitanı 41 yaşını qeyd edir.

Futbolxeber.az saytı Qurban bəyi doğum günü münasibəti ilə təbrik edir, ona şəxsi həyatında və karyerasında yeni-yeni uğurlar arzulayır.

Qeyd edək ki, Qurban Qurbanov 1972-ci ilin 13 aprelində Zaqatalada dünyaya gəlib. Futbolun sirlərinə doğulduğu şəhərin "Daşqın" klubunda yiyələnən Qurban bəy karyerası ərzində "Turan", "Kür-Nur", "Neftçi", "Dinamo" (Stavropol), "Baltika" (Kalininqrad), "Fakel" (Voronej), "Volqar-Qazprom" və "İnter" klublarında çıxış edib. Azərbaycan çempionu, ölkə kubokunun qalibi və çempionatın bombardiri olub.

"Qarabağ"ın baş məşqçisi 1992-2005-ci illərdə milli komandada 66 oyun keçirərək 14 qol vurub. 2005-ci ilin payızında isə 33 yaşında karyerasını bitirib.

Qurbanov məşqçi kimi ən böyük uğurlarını "Qarabağ"da qazanıb. Məhz onun rəhbərliyi altında "Qarabağ" ardıcıl iki il Avropa Liqasının pley-off mərhələsinə çıxıb, "Tvente", "Borussiya" (Dortmund), "Brügge" kimi qitənin məşhur klublarını ölkəmizə gətirib.

O, Azərbaycan Kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxsdi. Qurbanov 2004-cü ildə "Neftçi"də çıxış edərkən komandanın kapitanı kimi, 2009-cu ildə isə baş məşqçi kimi kuboku başı üzərinə qaldırıb. 2009-cu ildə onun çalışdırdığı "Qarabağ" Azərbaycan kubokunun finalda "İnter"i məğlub etməklə (1:0), tarixində üçüncü dəfə ölkə kubokunu qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31