Futzal
“Dünya çempionatının əsas mərhələsinə iki qələbə ilə başlamaq istəyirik”
Sentyabrın 17-dən 20-dək Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışında olan və bu ölkənin əsas yığması ilə 2 yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin hücumçusu Rafael Vilelanın azfutzal.az-a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir.
- Hər iki oyunu ümumiləşdirsək, necə xarakterizə edərdin?
- Birinci oyunda daha yaxşı oynadıq. Xüsusilə də fasiləyə qədər üstün tərəf biz idik. İkinci hissədə yorulduq. İkinci qarşılaşmada da demək olar, eyni ssenari təkrarlandı. Bu dəfə iktilərimiz daha çox olduğuna görə, heyətimiz bir az da məhdudlaşmışdı. Yenə birinci hissədə əla mübarizə apardıq - qollar vurduq, az səhv etdik. İkinci hissədə yorğunluqdan qaynaqlanan səhvlərə yol verdik ki, təcrübəli Qazaxıstan futzalçıları bundan faydalandı. Ümumiləşdirsək, bizim üçün əla sınaq oldu. Yanvarda Avropa çempionatının oyunlarından sonra milli səviyyəsində matç keçirməmişdik. Bu görüşlər rəsmi oyunlardan əvvəl xeyrimizə oldu. Əlbəttə, vacib olan gələn ay Polşa və Yunanıstana qarşı keçirəcəyimiz oyunlardır. Dünya çempionatının əsas mərhələsinə iki qələbə ilə başlamaq istəyirik. Ona qədər heyətimiz də tam komplektləşəcək. Bu oyunlarda zədə və digər səbəblərdən iştirak etməyən futzalçılarımız komandaya qoşulacaq.
- Oyunlar sənin üçün məhsuldar alındı.
- Meydana çıxıramsa, deməli, komandama kömək etməliyəm. Hücumçuyam, qollar vurmalıyam, məhsuldar ötürmə verməliyəm, müdafiə olunanda arxa xətt oyunçularına kömək etməliyəm. Hər iki oyunda bunları gücüm imkan verdiyi qədər etdim. İkinci oyunda vurduğum sonuncu qolu xüsusilə fərqləndirmək istərdim. Onu da qeyd edim ki, biz fiziki baxımdan zəif deyilik. Sadəcə, futzalda meydanda olduğun müddətdə dayanmaq, istirahət etmək şansın yoxdur. Biz isə Aktauya məhdud heyətlə yollanmışdıq, üstəlik 2 oyunçumuz da birinci matçda zədələndi. Ona görə oyunda çox qalırdıq. Amma rəsmi oyunlar üçün hazırıq.
- “Kayrat”da çıxış edirsən. Qazaxıstan millisinin baş məşqçisi və əksər üzvləri ilə eyni klubun üzvüsən. Belədə onlara qarşı oynamaq, qol vurmaq çətin deyildi?
- (gülür) Əlbəttə, bir-birimizi yaxşı tanıyırıq. Bütün günü bir yerdə məşq edir, baş məşqçidən tapşırıqlar alırıq. Bu dəfə rəqib olsaq da, bir-birimizə yaxşı bələd idik. Buna görə də bir az çətinlik oldu - həm mənə, həm də bu dəfə rəqibim olan komanda yoldaşlarıma.
- Oyundan sonra Kaka sənə nə dedi?
- Hər iki matçda yaxşı oynadığımı dedi. Bir qədər dincəlməli, ardından Qazaxıstan çempionatının oyunlarına hazırlaşmalıyam.
- Millimizin yer aldğı qrupu necə dəyərləndirirsən?
- İki yaxşı komandaya qarşı oynayacağıq. Amma biz onlardan daha yaxşıyıq. Özümüzə inanırıq, şansımız böyükdür. Başqa nəticə haqda düşünmək istəmirəm.
- “Kayrat”a tam uyğunlaşa bilmisənmi?
- 100 yox, 60-70 faiz bu prosesi keçmişəm. Baş məşqçinin, eləcə də komanda yoldaşlarımın nə etmək istədiklərini bilirəm. Çempionata qədər hər şey qaydasına düşəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
14:31
“Gəncə” braziliyalı legionerlə gücləndi
-
13:57
“Qəbələ” 5 yoxlama oyunu keçirəcək
-
13:26
"Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
-
12:43
Şahmat millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
-
12:00
Fransa klubunda yeni baş məşqçi
-
11:39
Forlan Uruqvay millisində
-
11:15
Babək Quliyev Konfrans Liqası matçında
-
10:58
Azərbaycan avarçəkənləri Gürcüstanda 18 medal qazanıblar
-
10:42
Sloveniya toplanışındakı son məşqdə FOTOLENT
-
10:24
I Liqa təmsilçisi "Neftçi"nin futbolçusunu heyətinə qatıb
-
09:31
“Neftçi” Sloveniyada sonuncu yoxlama oyununa çıxır
-
09:17
Sərbəst güləş millimiz iki rekordu yeniləyib
-
23:41
Azərbaycan güləşçisi Avropa çempionu olub
-
21:25
Azərbaycanın çimərlik voleybolçuları bürünc medal qazanıblar
-
18:52
"Şəfa"dan növbəti transfer
-
16:14
Şahin Diniyev üçün əlamətdar gün
-
15:38
Dünya çempionatı: güləş millimizin ilkin heyəti açıqlanıb
-
15:09
"Qarabağ"dan ayrılan futbolçu klubuna yenə lazım olmadı
-
13:47
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
-
11:23
Azərbaycan gimnastları Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
-
10:56
Makqreqordan uğursuz qayıdış
-
10:31
“Qarabağ” "Partizan"ın müdafiəçisini transfer edir
-
10:15
Argentina əlavə vaxtda sevindi VİDEO
-
10:02
DÇ-2026-da yarımfinal cütləri
-
09:44
Bellingemin dublu İngiltərəyə qələbə qazandırdı VİDEO
-
09:30
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
22:41
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
-
21:25
Qadın güləşçimizdən tarixi uğur
-
20:59
“Şamaxı”dan yeni qapıçı transferi
-
19:33
Qadın basketbolçularımız Rumıniyanı məğlub edib
-
18:06
Əvəzedicilər Liqası 21 avqustda start götürəcək
-
17:17
Azərbaycan Basketbol Liqasının yeni mövsüm oktyabrda başlayacaq
-
16:42
"Karvan-Yevlax"dan getdi
-
14:24
Vernidub: “Konfrans Liqasının qrupuna düşməyi çox istəyirəm”
-
13:58
Mahir oynadı, “Kayzerslautern” qalib gəldi
-
13:31
Amil Həmzəyev “Neftçi”dən ayrılıb
-
13:00
Günün canlı yayımlayacaq oyunları - TV AFİŞA
-
11:49
Milli Gimnastika Arenasında Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edilib
-
11:25
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
-
10:53
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi açıqlandı
-
10:36
"Neftçi"nin qələbəsi FOTOLENT
-
10:12
İspaniya - Belçika matçında 3 qol VİDEO
-
09:47
Lamin Yamal rekorda imza atıb
-
01:04
DÇ-2026-da yarımfinalın ilk cütü müəyyənləşdi
-
00:58
DÇ-2026: İspaniya yarımfinalda
-
23:15
“Araz-Naxçıvan” məşqlərə başladı
-
22:59
Yuri Vernidub: “Qələbə qazanmaq xoşdur”
-
21:24
"Neftçi"dən böyük hesablı qələbə
-
20:49
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
-
18:33
“Mançester Siti”dən qapıçı transferi
13.07.2026
12.07.2026
11.07.2026
10.07.2026























