16 Yanvar 2026, Cümə
Emil Mustafayev “Sumqayıt”da
"Səbail"dan daha bir transfer
Kaxaber Sxadadzedən qələbə şərhi
"Neftçi" bu dəfə heç-heçə etdi

Futzal

ÇL: "Araz-Naxçıvan" əsas mərhələdə

Bu gün futzal üzrə Çempionlar Liqasındakı təmsilçimiz "Araz-Naxçıvan” turnirin ilkin mərhələsində növbəti oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, komanda Latviya "Raba"sı ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 8:4 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası

F qrupu, III tur

24 avqust

"Araz-Naxçıvan" - "Raba" (Latviya) - 8:4

Qollar: Ar.Kuļeşovs, 11:29, Boqdanovs, 15:03, Yakovļevs, 20:54, Strazdiņş, 29:23//Maneka, 0:24, 32:20, Felipinyo, 18:16, Bağırov, 22:30, 32:40, Atayev, 23:33, Çovdarov, 26:00 (p), 29:37

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Araz Naxçıvan" ən yaxşı ikinci yerin sahibi kimi əsas mərhələyə vəsiqə qazanıb. Ölkə çempionunun bu mərhələdəki rəqibləri avqustun 30-da müəyyənləşəcək.

Qeyd edək ki, Joze Alesionun baş məşqçisi olduğu komanda ilk oyunda "Europa"ya (Cəbəllütariq) 9:2 hesabı ilə qalib gəlib. "Araz-Naxçıvan" ikinci qarşılaşmada isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə edib - 4:4. "Araz-Naxçıvan" Finlandiya çempionu ilə eyni xala malik olsa da, topların daha yaxşı fərqinə görə “Kampuksen Dinamo” qrup birincisi olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31