26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Futzal

Çempion 11 futzalçı ilə başladı

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” klubu hazırlığa başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, bu gün tibbi müayinədən keçən Azərbaycan çempionu fiziki çalışmalara üstünlük verir.

Futzalçılar bu məqsədlə gündə bir dəfə Bakı İdman Sarayının parketinə ayaq basırlar. Hazırda məşqçilərin sərəncamında ikisi qapıçı olmaqla 11 futzalçı var.

Yeni transferlər - Conatas Felipe və Emanoel Rodriges, eləcə də İsak Surğalı isə avqustun 5-də komandaya qoşulacaq.

Hazırda məşqlərdə iştirak edən futzalçıların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Rövşən Hüseynli, Azər Fərmanov

Oyunçular: Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Nurlan Mehdizadə, Murilo Borges, Amir Sojaei, Hadi Ahmadi, Adil İsmayılov.

Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də “Europa”, ertəsi gün “Kampuksen Dinamo”, avqustun 24-də isə “Raba” klubu ilə qarşılaşacaq. Təmsilçimizin yer aldığı qrupun oyunları Latviyada təşkil olunacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30