25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Futzal

“Araz-Naxçıvan” 2 braziliyalı transfer etdi

UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

Futbolxeber.az-ın azfutzal.az saytına istinadən verdiyi məlumata görə, komanda iki braziliyalı futzalçı ilə anlaşıb.

28 yaşlı Conatas Felipe və 24 yaşlı Emanoel Rodriges mövsümün sonuna qədər ölkə çempionunun formasını geyinəcək.

Felipe Braziliyanın “Pato” klubundan transfer olunub. Rodriges isə həmyerlisindən fərqli olaraq Avropada legioner həyatı yaşamağı bacarıb. O, Qazaxıstanın “Atırau” klubunda çıxış edib.

Bununla da "Araz-Naxçıvan"ın heyətindəki braziliyalı futzalçıların sayı 3 oldu. Onlara qədər Murilo Borges baş məşqçi Joze Alesio Da Silvanın sərəncamında idi.

Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də “Europa”, ertəsi gün “Kampuksen Dinamo”, avqustun 24-də isə “Raba” klubu ilə qarşılaşacaq. Təmsilçimizin yer aldığı qrupun oyunları Latviyada təşkil olunacaq.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30