Futzal
Millimizin üzvü: “Nə etmişik ki, “ulduz xəstəliyinə” də tutulaq?”
Avropa çempionatının seçmə mərhələsində keçirdiyi 6 oyunun beşində qələbə qazanan və birində heç-heçə edən Azərbaycan millisi üçün yaddaqalan məqamlardan biri də yeni futzalçının debüt etməsi idi.
Futbolxeber.az saytının məlumatına görə, 20 yaşı hələ oktyabrda tamam olacaq Cavad Məmmədov ilk dəfə əsas komandanın düşərgəsinə dəvət edildi.
Düzdür, millidə Rövşən Hüseynli və Emin Kürdov kimi təcrübəli qapıçılar var. Amma onların yanında daha bir qolkiperin təcrübə toplaması baş məşqçi Joze Alesio Da Silvanın məqsədi idi. Yanvarda ilk oyuna hazırlıq məqsədi ilə açıqlanan siyahıda “Neftçi”nin qolkiperinin də yer alması bir qədər sürpriz oldu. Bəs Məmmədov bu dəvəti eşidəndə hansı hissləri keçirdi? Qolkiper bu barədə düşüncələrini federasiyanın rəsmi saytına açıqlayıb:
“Necə ki, general olmağı arzulamayan əsgər yaxşı əsgər deyil, futzalda da millidə oynamağı arzulamayan futzalçı yaxşı futzalçı deyil. Milli hər birimizin arzuladığı, formasını geyinməyə can atdığı komandadır. Ayağımız topa dəyən gündən bu formanı geyinməyən xəyalları ilə böyüyürük. Əlbəttə, ilk dəfə belə bir dəvət eşidəndə, sözün yaxşı mənasında təəccübləndim. Sevincimi sözlə ifadə edə bilmərəm. Təsəvvür edin, illərlə sənə arzu kimi görünən məqama çatmısan. Təbii ki, bunun məsuliyyətini də dərk edirəm”.
Düzdür, 20 yaşlı qapıçı bu 6 oyundan yalnız birində - Yunanıstanla Bakıdakı son dueldə bir neçə dəqiqəlik meydana çıxıb. Amma bu, həm də gələcəyə atılmış addım idi. İlk görüşü haqda qolkiper bunları deyib: “İstənilən sahədə uğura addım-addım irəliləyirsən. Bu seçmə mərhələdə ilk dəfə milliyə dəvət aldım, artıq bir oyunda da meydana çıxdım. Buna şərait yaratdığına görə, məşqçilər korpusuna təşəkkür edirəm. Zirvəyə yüksəlmək asandır, amma orda duruş gətirmək çətindir. Bilirəm ki, bu gün millidə Rövşən və Emin kimi təcrübəli qapıçılar var. Çalışıram onların təcrübəsindən faydalanım. Qapıçılarla işləyən məşqçimiz Ağakərim Həsənov da zəif tərəflərimi başa salır, necə aradan qaldırmağın mümkünlüyünü öyrədir”.
O, klubla millinin fərqi haqda da danışıb: “İstər milli, istər də yığma komanda olsun, formanı geyindinsə, məsuliyyətini anlamalı, qapıda etibarlı dayanmalısan. Əlbəttə, milli komandanın forması altında ölkəni təmsil edirsən, bayrağını ucaldırsan. Burada ab-hava tam fərqli olur. Amma məsuliyyətə gəldikdə, harda oynamağından asılı olmayaraq, uğur qazanmaq üçün əlindən gələni əsirgəməməlisən”.
Cavad milli komandaya dəvət aldığına görə “ulduz xəstəliyi”nə tutulmağın mümkünsüzlüyündən də danışıb: “Baş məşqçi Alesionun dəvətindən sonra mənə münasibət məni dəyişmədiyi kimi ətrafımı da dəyişməyib. Təbii ki, ailəmin, yaxınlarımın, klubumuzdakı oyunçu yoldaşlarımın sevinci çox böyükdür və dəstəklərini hiss edirəm. Buna görə, hər birinə dərin təşəkkürümü bildirirəm. Nə etmişik ki, “ulduz xəstəliyinə” də tutulaq?”
O, millinin seçmə mərhələdəki çıxışını isə belə qiymətləndirib: “Komandamızın ümumi çıxışını sadəcə mükəmməl hesab edə bilərəm. Çünki hər bir görüşdə sona kimi mübarizə aparmağımız və özünəinamımız qrupda lider olmağımızla nəticələndi. İnanıram ki, bu uğurun davamını Niderlandda da gətirəcəyik. Əslində, start bir qədər çətin oldu. Həm rəqibimiz güclü idi, həm də 10 aydan çox idi zalda məşq etmir, oyun keçirmirdik. Bunlar idmançının çıxışına ciddi təsir edən məqamlardır”.
Futzalçı sonra Azərbaycan Silahlı Qüvvələrinin qazandığı tarixi zəfərə də toxunub: “İkinci Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə xalqımızı təbrik etmək istəyirəm. Bu şanlı tarixi heç vaxt unutmayacağıq və daim dilimizdə əzbər olacaq. Allah şəhidlərimizə rəhmət eləsin, sağlamlığını itirmiş insanlarımıza şəfa versin. Bu zəfər yürüşündə iştirak edən qardaşımın timsalında əməyi olan hər bir şəxsin qarşısında baş əyirəm. Xalqımız bu cür zəfərlərə layiqdir”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
11:59
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:23
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
24.09.2026
23.09.2026
22.09.2026
























