Futzal
Joze Alesio: “Bu gün futzalda aşkar favorit yoxdur”
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silvanın azfutzal.az-a müsahibə verib.
- Qrup mərhələsinin oyunları haqda nə deyə bilərsiz?
- Rəsmi oyunlara az müddət qalmış çətin vəziyyətdə idik. Təsəvvür edin, komanda üzvləri 10 ay idi zalda məşq etmirdi, heç bir oyunda gücünü sınamırdı. Əlbəttə, bu məqam bizi narahat edirdi. Çöl şəraitində fiziki məşqlər keçsək də, toplu və taktiki çalışmalar üçün mütləq zala qayıtmalı idik. Slovakiya yığması ilə qarşılaşmaya 10 gün qalmış bizə bu icazə verildi. Başlanğıc çətin oldu, amma işimizin öhdəsindən gəldik. Qrup oyunları göstərdi ki, bu gün futzalda aşkar favorit yoxdur və komandalar demək olar, eyni səviyyədədirlər.
- Hansı oyun çox çətin keçdi? Və ya nisbətən rahat şəkildə keçirilən görüş oldumu?
- Slovakiya millisi ilə hər iki oyunumuz çətin keçdi. Xüsusilə də səfər matçını qabardardım. Həmin görüşə ciddi itkilərlə yollandıq. Zədə səbəbindən bir neçə futzalçımız bizə kömək edə bilmədi. Slovaklar isə bu matçda həm qrupda ən azı ikinci yeri təmin etməyə, həm də meydan amilindən lazımınca istifadə etməyə çalışdılar. Ancaq futzalçılarım intizamlı şəkildə oynadılar, verilən tapşırıqları icra etməyə çalışdılar. Qazanılan heç-heçə sayəsində biz qrup liderliyini təmin etdik.
- Hansı oyunda komanda siz istəyən kimi çıxış edə bildi?
- Bayaq qeyd etdiyim kimi, pandemiya ilə əlaqədar uzun müddət məşqsiz qalmağımız və oyun keçirməməyimiz rəsmi görüşlərin əvvəlində hiss olunurdu. Bu heç də asan deyildi. İdmançı bu qədər işindən kənarda qalırsa, onun qısa vaxtda geri dönüş etməsi, istənilən formaya düşməsi asan deyil. Son iki matçı (Slovakiya ilə səfərdə, Yunanıstanla Bakıda - red.) fərqləndirərdim. Bu da daha çox məşq etməyimizin və ardıcıl oyunlar keçirməyimizin bəhrəsi idi.
- Yeni formatdan razı qaldınız?
- Həqiqətən çox razı qaldım. Əvvəllər biz il ərzində cəmi 3 rəsmi oyun keçirirdik. Bir ölkəyə yığışır, 4-5 gün ərzində turnirə yekun vururduq. Bu dəfə həm oyunların sayı çoxalıdı, həm də yarış 4 ay davam etdi. Çoxlu məşqlər keçdik. Reqlament indi imkan verir ki, istənilən rəqiblə doğma meydanında da qarşılaş. Bu cür yüksək səviyyəli görüşlər keçirməklə inkişaf edirik.
- Artıq iştirakçı komandalardan 15-nin adı dəqiqləşib. Son vəsiqəni isə Belarus - Serbiya duelinin qalibi qazanacaq. Bu komandlar arasında sizin üçün sürpriz ad və ya adlar varmı?
- Hansısa komandaya görə təəccüblənmədim. Müsahibənin əvvəlində də qeyd etdiyim kimi, futzalda komandaların səviyyəsi bir-birinə çox yaxınlaşıb. Bu baxımdan qazanılan nəticələr normaldı. Bəlkə də ilk dəfə bu vəsiqəni qazanan Gürcüstanın uğuru çoxları üçün gözlənilməz oldu. Amma heyətlərinə baxsaq, nəticənin sürpriz olmadığını görərik. Son vəsiqənin sahibi Belarus - Serbiya duelində müəyyənləşəcək. Belarus millisi bu duelin qalibi olsa və final mərhələsinə vəsiqə qazansa, bu sürpriz olacaq.
- Final mərhələsində 16 komanda iştirak edəcək. Bu mərhələ haqda nə düşünürsüz?
- Komandaların sayının artması avtomatik olaraq qarşılaşmaların sayını da artırır. Bu yaxşı haldır. Artıq 15 iştirakçının adını bilirik. Marqlı oyunlar olacaq. Gözləyək, görək hansı komandalarla bir qrupda yer alacağıq.
- Qrupumuzda hansı komandaların yer almasını istərdiniz?
- Mənim hansısa komandanın adını çəkməyim düzgün olmazdı. Bütün rəqiblər güclüdür və hər biri növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaq. Ona görə də gözləyək, püşk özü bu sualın cavabını verəcək. Qismətimizə hansı komandalar çıxsa, hamısı ilə mübarizə aparacağıq. Əlbəttə, arzulamadığım komandalar var, amma yenə deyirəm, ad çəkmək istəmirəm.
- Həlledici mərhələyə səkkiz aydan artıq vaxt var. Bu dövrü necə dəyərləndirəcəksiniz?
- Əlbəttə, FİFA-nın oyunlar üçün açıqladığı pəncərələrdən maksimum istifadə etməliyik. Avropa çempionatından əvvəl ən az 4 yoldaşlıq oyunu keçirməli, sparrinqlərimizin güclü komandalar olmasına çalışmalıyıq. Planımızı hazırlayacağıq. Ancaq indi elə vaxtdır ki, pandemiya ilə əlaqədar 1-2 aydan sonra vəziyyətin hansı istiqamətdə dəyişəcəyini bilmirsən.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
-
15:43
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
-
15:07
"Gəncə"də meksikalı məşqçi
-
14:32
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
14:16
"Naxçıvan"da yeni müqavilə
-
13:58
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu transfer etdi
-
13:25
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
-
12:41
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu: "Qurban Qurbanovla işləmək istəyirəm"
-
12:00
Basketbol millimiz Türkiyədə ikinci olub
-
11:39
Voleybol klublarımızın avrokuboklarındakı oyun proqramı bəlli olub
-
11:14
“Fiorentina” 3 xalı 4 qolla qazandı VİDEO
-
10:57
"Gəncə" Ülkər Kərimova ilə müqavilə imzalayıb
-
10:23
“Şalke” mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:46
"Beşiktaş" "Ərzurumspor"a şans tanımadı VİDEO
-
09:30
“Kəpəz” “Qəbələ”ni, “Sumqayıt” “Şamaxı”nı qəbul edir
-
23:45
Nəriman Axundzadənin komandası “Beşiktaş”la bacarmadı
-
22:23
Mahirin komandasından ilk qələbə
-
22:07
MOİK - "Şimal" matçında heç-heçə VİDEO
-
21:36
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
20:59
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:41
Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
-
19:14
Klisman: “Bu qol bütün komandanın əziyyətinin bəhrəsidir”
-
19:00
Vernidub: “Belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”
-
18:28
“Neftçi” "İmişli"ni məğkub etdi
-
17:32
Yakiroviç ayın ən yaxşısı seçildi
-
16:55
Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
16:27
Gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
-
16:03
"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
-
15:46
“İmişli” - “Neftçi”: Heyətlər açıqlandı
-
15:19
"Karvan-Yevlax" klubu ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşıb
-
14:51
“Şəfa” cəzadan yayındı, AFFA 5 min manat itirdi
-
14:24
Xames Rodriges bu kluba keçdi
-
14:00
Çempionlar Liqası: Minifutbol klublarımızın rəqibləri bilindi
-
13:32
Hamidu Keytanın yeni klubu məlum oldu
-
13:13
Boks millimiz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq
-
12:48
Zaur Paşayev "Naxçıvan"da
-
12:25
Millimizin rəqibi Gürcüstanla heçə-heçə edib
-
11:57
"Bazel" baş məşqçisini istefaya göndərdi
-
11:16
Azərbaycan oxatanları Belarusda 3 medal qazanıblar
-
10:49
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:31
"Sabah"ın məğlubiyyəti VİDEO
-
10:00
Azərbaycan UEFA reytinqində 25-cidir
-
01:24
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
00:52
“Mançester Yunayted” “Sabah”ı darmadağın etdi
-
21:29
V turun hakim təyinatları açıqlandı
-
21:00
Yankoviç “Turan Tovuz”da
-
20:41
“Zirə”də mərakeşli müdafiəçi
-
19:08
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
18:35
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
-
17:54
"Kəpəz"in müdafiəçisi 6 həftəlik sıradan çıxdı
12.09.2026
11.09.2026
10.09.2026
























