26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Futzal

Millimizin üzvü: “Səfərə heç-heçə üçün yollanmamışdıq”

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirən Azərbaycan millisi səfərdə Slovakiya ilə heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, oyunun gedişində hesabda geri düşən komandamız matçın başa çatmasına 30 saniyə qalmış status-kvonu bərpa edib. Görüşlə bağlı azfutzal.az-a açıqlama verən Fineo De Araujo nəticəni qənaətbəxş saymayıb:

“Bilirdik ki, oyun çətin keçəcək. Həm rəqibimiz güclü idi, həm də heyətimizdə itkilər var idi. Baş məşqçi bunu nəzərə alıb, taktiki planda dəyişiklik etdi. Yaxşı oynadıq. Əsas odur ki, xal qazandıq. Əslində, heç-heçəni yaxşı nəticə saymıram. Biz bura qələbə qazanmaq üçün gəlmişdik. Amma oyunun gedişində uduzursansa və sona cəmi 30 saniyə qalmış qol vurursansa, 1 xalı da qənimət saymaq olar. Oyunun əvvəlində yaxşı epizod yaxalamışdım. Qol vurmağa yaxın idim. Futzal kollektiv oyundur. Mən də dəqiq oynamaq istəyirdim. Ancaq alınmadı. Qapıçı düzgün mövqe seçmişdi, həm də mən ötürmə etməyə çalışdım. Amma həmin anda qol vurmağı hamıdan çox özün istəyirsən”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30