19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Futzal

Rövnəq Abdullayev millimizin Avropa çempionatına vəsiqə qazanmasından danışdı

“BU ÇƏTİNLİKLƏRƏ BAXMAYARAQ, MİLLİ KOMANDAMIZ YÜKSƏK ƏZMKARLIQ VƏ PEŞƏKARLİQ NÜMUNƏSİ GÖSTƏRDİ”

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması ilə əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayev fikirlərini bildirib.

Futbolxeber.az-ın məlumatına görə, assosiasiyanın rəsmi saytına açıqlamasında R.Abdullayev bildirib ki, koronavirusun əksər sahələr kimi idmana da təsir göstərir. Buna baxmayaraq, COVİD-19-un yaratdığı çətinliklərə baxmayaraq, futzal millimiz seçmə mərhələdə uğurla çıxış edib:

“Futzal üzrə Azərbaycan milli komandası daha bir uğura imza atmaqla hər birimizi sevindirdi. Moldova milli komandası ilə səfər oyununda qazanılan qələbə, eyni zamanda, seçmə mərhələdə əldə olunmuş ardıcıl dördüncü qələbə oldu. Bu nəticə ilə millimiz artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdi. Bir ildən çoxdur ki, COVİD-19 pandemiyası bütün dünyada əksər fəaliyyət sahələrinə öz təsirini göstərməkdədir. İdman da bu baxımdan istisna deyil və xüsusilə,  sevindirici haldır ki, bütün bu çətinliklərə baxmayaraq, milli komandamız yüksək əzmkarlıq və peşəkarlıq nümunəsi göstərərək keçirdiyi oyunlarda maksimum nəticə qazanmağa nail olub. Futzal millimizin son 10 ildə göstərdiyi stabillik, vacib turnirlərdə qazandığı qələbələr, final mərhələlərinə vəsiqə qazanması futbol ailəsinin hər bir üzvünü sevindirir. Milli komandamızın növbəti uğurlu çıxışı münasibətilə futzalçılarımızı təbrik edir, seçmə mərhələnin digər oyunlarında və Avropa çempionatının final mərhələsində uğurlar arzu edirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30