29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Futzal

"Moldovadan 3 xalla dönməliyik"

“Moldova haqqında məlumatımız çox idi. Onlarla dəfələrlə qarşılaşmışıq və oyun üslublarına bələd idik. Bir-iki dəyişikliyi istisna etsək, demək olar, heyətləri də dəyişməzdi".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli evdə Moldova yığmasına 5:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə qrup oyunundan sonra azfutzal.az-a açıqlamasında deyib.
 
30 yaşlı qolkiper bildirib ki, baş məşqçi Joze Alesio Da Silva rəqibin Slovakiya ilə oyunlarını analiz edib. "Bir sözlə, hesab rəqibi necə incələdiyimizi göstərdi. Moldova millisi təxminən 5 dəqiqə meydanda üstünlük qazanmağa çalışdı. Onlar qapıçını meydan oyunçusu ilə əvəzləsələr də, cəmi bir dəfə qol vurmağa yaxın oldular. Bu da baş məşqçimizin rəqibi nə qədər yaxşı təhlil etdiyini göstərir”.
 
Hüseynli baş məşqçinin əsas tapşırığının erkən qol vurmaq olduğunu söyləyib: “Alesio Da Silva dedi ki, qol epizodlarından düzgün istifadə etməli və hesabı erkən açmalıyıq. Çünki Moldova oyunçuları müdafiəyə çox diqqət ayırırdı, sanki meydana 1 xal qazanmaq üçün çıxmışdı. Top onlarda olanda hücuma qoşulmaqdan çox, vaxtı udmağa çalışırdılar. Vurduğumuz qoldan sonra rəqib müdafiədən çıxmağa başladı. Ondan sonra biz oyuna tam diktə edən tərəf olduq və 3 xal qazandıq”.
 
Cavab oyununa da toxunan qapıçı bunları deyib: “Fərqli taktika ilə oynayacaqlarına inanmıram. Ola bilsin, topa nəzarət etməklə bərabər, hücumlar qurmağa çalışsınlar. İddialarını davam etdirmək üçün xal qazanmaq istəyəcəklər və buna nail olmaq üçün bütün güclərini səfərbər edəcəklər. Əslində, bu bizə sərf edir. Açıq oyun zamanı onlar boşluq verəcək, biz də bundan istifadə edəcəyik. Bu, mənim fikrimdir. Əlbəttə, yekun qərarı, tapşırığı baş məşqçi verəcək. Biz isə onun istəyini həyata keçirəcəyik. Məqsədə doğru yolda Kişineudadan da 3 xalla dönməliyik”.
 
Qeyd edək ki, Moldova - Azərbaycan oyunu martın 9-da olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31