26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Futzal

Joze Alesiodan qələbə şərhi

“Slovakiyaya qarşı yaxşı oynamamışdıq. Moldova yığmasının isə necə oynayacağını bilirdik. Buna görə də uşaqlara diqqətli olmağı, erkən qol vurmağı tapşırmışdım. Çünki hesabı tez açsaq, növbəti qolları da vuracaqdıq.

Futbolxeber.az saytının məlumatına görə,  bu sözləri futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Avropa çempionatının seçmə qrup mərhələsində bu gün Moldova yığmasında qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis 5:1 hesablı qələbəni belə şərh edib: "Ümumi götürsək, istədiyimiz alındı. Vacib olan nəticəni - qələbəni qazandıq. Moldova millisinin üzvləri fiziki planda güclüdürlər. Onlar daim hərəkətdə idilər.

Narazı qaldığım məqam hücumçumuz Rafael Vilelanın sarı vərəqə alması oldu. Artıq passivində 3 sarı vərəqə var və o, növbəti oyunda bizə kömək edə bilməyəcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30