28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Futzal

Millimizin “qol silahı”: “Vacib olan 3 xalı qazanmalıyıq”

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsində martın 4-də Moldova ilə keçiriləcək oyunun hazırlığını davam etdirən Azərbaycan millisi məşqlərini Bakı İdman Sarayında reallaşdırır.

Futbolxeber.az saytının məlumatına görə, ölkə xaricində çıxış edən futzalçılarımızdan üçü artıq komandaya qoşulub. Bu gün səhər məşqindən sonra millinin əsas qol “silahı” Tyaqo Bolinha azfutzal.az-a müsahibə verib.

- Dünən axşam və bu gün səhər məşqində iştirak etdin. Atmosfer necədir?

- Dünən Bakıya yeni gəlmişdim, uçuşla bağlı bir qədər yorğunluq var idi. Bu gün özümü daha yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Əlbəttə, hamımız oyun haqda düşünürük. Moldova millisi də hazırda yaxşı formadadır. Bizi çətin bir qarşılaşma gözləyir.

- Oyuna hazırıqmı?

- Hazırıq. Əvvəlki iki oyunda qələbə qazanmışıq. Artıq oyun təcrübəmiz də var. Düzdür, tam heyətlə məşq keçmək üçün vaxtımız çox az oldu. Ancaq ümumi vəziyyət xeyrimizədir. Uğurlu nəticə qazanacağımıza inanıram.

- Yunanıstanla oyundan sonra baş məşqçi yaradılan epizodları tam olaraq qola çevirə bilməməkdən şikayətlənirdi. Hücumçusan, nə mane olur?

- Razıyam, xüsusilə də Yunanıstana qarşı oyunda daha çox qol vurmalı idik. Epizodlarımız çox oldu. Sadəcə, istifadə edə bilmədik. Ola bilsin, uzun müddət idi bu cür oyunlar keçirmirdik, ondan qaynaqlansın. Ancaq meydana 3 xal qazanmaq üçün çıxırıq və arxada qalan 2 oyunda buna nail olduğumuza görə məmnunam. Lakin bu çatışmazlığı da yoluna qoymalıyıq.

- Moldovanın oyunlarını necə, izləmisən?

- İzləmişəm. Yaxşı rəqibdir, heyətlərində fərqlənən futzalçılar var. Onlara qarşı 3-4 matçda forma geyinmişəm və hər dəfə çətinliklə qələbə qazandığımızı vurğulamalıyam. Bu dəfə də görüş çətin keçəcək. Diqqətli olmalı, oyuna yaxşı köklənməli, vacib olan 3 xalı qazanmalıyıq.

- Şansları bərabər hesab etmək olar?

- Elə deməzdim. Biz doğma meydanda oynadığımıza görə, üstünlük tərəfimizdə olacaq. Favoritik, ancaq bunu meydanda göstərməliyik.

- Moldova ilə 2 oyunda qazanılacaq 6 xal millini qarşıya qoyduğu məqsədə çatdıracaqmı?

- Əlbəttə, 6 xal çox suala aydınlıq gətirəcək. Ancaq biz addım-addım məqsədə nail olmalıyıq. Hələ Moldova ilə 2 gün sonra keçirəcəyimiz oyuna köklənək. Bu görüşdə qələbə qazandıqdan sonra ikinci oyun haqda düşünməliyik. İndidən deyə bilmərik ki, 6 xal bizimdir.

- Azarkeşsiz oynamaq çətin deyil?

- Çox çətindir. Nəzərə alsaq ki, millinin oyunları zamanı zala xeyli azarkeş gəlirdi, bunun ağırlığını başa düşmək çətin deyil. Ancaq dünyada baş verən proseslərin nəticəsi olaraq bu qərar qəbul olunub. Ümid edirəm ki, final mərhələsinə qədər bu qadağalar aradan qaldırılar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31