18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Futzal

Joze Alesio: “Rəqibə təhlükəli epizod yaratmağa imkan vermədik”

“Yunanıstana qarşı kollektiv şəkildə yaxşı oynadıq, fiziki hazırlığımız da daha ürəkaçan idi. Taktiki planda da futzalçılar verilən tapşırıqları yerinə yetirdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Avropa çempionatının seçmə mərhələsində Yunanıstana qalib gəldikləri oyundan sonra deyib.

Braziliyalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında 3:0 hesablı səfər qələbəsini belə şərh edib: "Əsas problemimiz yenə yaratdığımız epizodları qola çevirə bilməməyimizlə bağlıdır. Bunun üzərində işləyəcəyik. Çünki növbəti rəqibimiz daha çətin olacaq və o cür oyunlarda imkanları düzgün dəyərləndirməsək, istədiyimiz nəticəni də qazana bilməyəcəyik.

Yunanlara qarşı müdafiədə daha səliqəli oynadıq, rəqibə təhlükəli epizod yaratmağa imkan vermədik. Qapımıza tərəf maksimum 2-3 zərbə oldu. 10 gün ərzində tam formalaşmaq, toparlanmaq çətindir. Buna rəğmən, biz kollektiv oyun planında xeyli irəli getmişik. Əlbəttə, qələbə qazanmağımıza və birinci pillədə möhkəmlənməyimizə görə məmnunam. Ancaq hələ mübarizə başa çatmayıb. Biz məşqlərimizi davam etdirməliyik. Moldova ilə oyuna indidən hazırlaşmalıyıq. Moldova həqiqətən də yaxşı kollektivə sahibdir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30