29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Futzal

Millimizin üzvü: “Yunanıstanla matçımız da çətin keçəcək"

“Qələbə münasibətilə komandamızı təbrik edirən. Çox çətin oyun oldu. Əslində belə olacağını da gözləyirdik. Çünki ilk matçlar hər zaman çətin keçir. Həm də rəqibimiz yaxşı komandadır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya evdə Slovakiyaya 4:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunundan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Xüsusilə də birinci hissədə çoxsaylı qol epizodlarını qaçırdıqlarını qeyd edən Braziliya əsilli legioner son 3 dəqiqənin həlledici olduğunu deyib: “Oyun ərzində çoxsaylı qol epizodu yaratdıq. Əsas da birinci hissədə. Amma reallaşdıra bilmirdik. Sona 3 dəqiqə qalmış demək olar ki, işimizin öhdəsindən gəldik. Əvvəlcə Qalo hesabda üstünlük qazandırdı, ardınca Xətai Bağırov və İsa Atayev qələbəni təmin etdi. Uşaqlar rəqib 5 futzalçı ilə oynayan zaman müdafiədə yaxşı dayandılar”.

Bolinya fevralın 2-də Yunanıstanla keçirəcəkləri oyuna da toxunub: “Yunanıstanla matçımız da çətin keçəcək. Çünki doğma meydanda oynamayacağıq. Amma qazandığımız qələbə komandada ruh yüksəkliyi yaradıb”.

O, 3-cü qrupda Moldovanın Yunanıstana 3:1 hesabı ilə qalib gəldiyi ilk turun digər oyununu izlədiyini, matçın çətin keçəcəyini söyləyib: “Fikrimcə, futzalda zəif, pis rəqib olmur. Üstəlik onların meydanında oynayacağıq. Bundan başqa, rəqib ilk oyunda məğlub olduğuna görə sərt çıxış edəcək. Yaxşı hazırlaşacağıq. Əlbəttə, hər iki komandanı tərəzinin gözünə qoysaq, biz onlardan daha yaxşıyıq. Səfərə ancaq qələbə qazanmaq üçün yollanacağıq”.

Qeyd edək ki, Tyaqo Bolinya Slovakiya ilə görüşdə ilk qolun müəllifi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31