25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Futzal

“Niyə favorit hesab olunduğumuzu oyunumuzla göstərməliyik”

Azərbaycan millisinin final mərhələsi 2022-ci ildə Niderlandda keçiriləcək Avropa çempionatının qrup mərhələsindəki rəqibləri müəyyənləşib: Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi.

Futbolxeber.az-ın məlumatına görə, kifayət qədər tanış olan rəqiblərlə yer aldığımız qrup haqda millinin hücumçusu Xətai Bağırov fikirlərini azfutzal.az saytına açıqlayıb.

“Son illərdə Slovakiya yığması ilə ardıcıl oyunlar keçirmişik. Növbəti dəfə yenə rəqib olduq. Elə Moldova ilə də son illərdə tez-tez üz-üzə gəlirdik. Düzdür, bu komanda ilə daha çox yoldaşlıq oyunlarında rəqib olmuşuq. Amma son seçmə mərhələdə ilk dəfə rəsmi oyunda qarşılaşdıq. Hər iki rəqibimizi yaxşı tanıyırıq. Slovakiya ilə oyunlarımız çətin keçir. Qələbə qazansaq da, bu asan başa gəlmir. Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq. Moldovanı da Bakıdakı rəsmi oyunda çətinliklə məğlub etdik. Həmin vaxt oyunumuz da istədiyimiz kimi alınmadı, hamımız zəif oynadıq. Amma müqayisə etsək, yenə deyirəm, Slovakiya digərlərindən güclüdür. Bizə birinci yer uğrunda mübarizədə əsas çətinlik yaradacaq komanda onlar olacaq. Bunu deməklə digər rəqiblərimizə hörmətsizlik etmək istəmirəm. Əlbəttə, Moldova yığması da oyun zamanı istənilən səhvdən, boşluqdan istifadə edəcək gücdədir. Üçüncü rəqibimizin kimliyi pley-off oyunlarından sonra bilinəcək. Məncə, Yunanıstan millisi daha şanslı hesab olunur.

Komandanın qarşısına hər zamankı kimi, yenə konkret tapşırıq qoyulacaq. Növbəti dəfə Avropa çempionatının final mərhələsində iştirak etməliyik. Ona görə də yaxşı hazırlaşmalı, heç bir rəqibə saymazyana yanaşmamalı, reytindəki üstünlüyümüzü meydanda da ortaya qoymalı və niyə favorit hesab olunduğumuzu oyunumuzla göstərməliyik”, deyə o bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30