28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Futzal

Joze Alesio: “Qrupdan və rəqiblərdən razıyam”

Bu gün final mərhələsi 2022-ci ildə Niderlandda təşkil olunacaq futzal üzrə Avropa çempionatını püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilmiş püşk Slovakiya, Moldova və Türkiyə-Yunanıstan cütünün qalibini millimizə rəqib edib. Bəs yığmamızın baş məşqçisi Joze Alesio Da Silva püşk haqda nə düşünür?

Braziliyalı mütəxəssis azfutzal.az saytına açıqlamasında püşkün nəticəsini belə şərh edib:

“Komandamız normal rəqiblərlə üz-üzə gələcək. Püşkün nəticəsinə baxsaq, digər qruplarda daha güclü komandaların yer aldıqlarını görə bilərik. Əlbəttə, heç bir rəqib zəif deyil. Türkiyə-Yunanıstan cütünün qalibi bizim rəqibimiz olacaq. Dostum 4 ildir ki, Yunanıstan milli komandasında işləyir. Onun dediyinə inansaq, komandası cütün favoritidir. Nizam-intizamlı, gənclərdən ibarət komanda qurub. Slovakiya ilə növbəti dəfə qarşılaşacağıq. Onlarla ötən il dünya çempionatının əsas mərhələsinin oyununda qarşılaşdıq. Bakıda oynadığımız görüşdə 2:0 hesabı ilə qələbə qazansaq da, oyunun sonları çox çətin keçdi. Təcrübəli futzalçıları var, oyun zaman az səhv edirlər. Həmin rəqiblə elit-raundun oyununda da üz-üzə gəldik və görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşdı. Son 1 ildə iki dəfə rəqib olduğumuza görə, bir-birimizi daha yaxından tanıyırıq. Moldovanı da təcrübəli, oturuşmuş heyəti olan komanda hesab edirəm. Onlarla da Bakıda qarşılaşdıq və çətin qələbə qazandıq. Əlbəttə, hər bir rəqibimizə, o cümlədən, Moldovaya hörmətlə yanaşırıq. Qrupdan və rəqiblərdən razıyam. İndi hazırlıq planlarını qurmalı, bu şansı əldən verməməli, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmalıyıq. Birinci yer uğrunda mübarizə aparacağıq. Amma əsas vəzifə final mərhələsinə yüksəlməkdi. Buna qədər ardıcıl 5 qitə birinciliyinin həlledici mərhələsində iştirak etmişik. Seriyanın qırılmasına imkan verməməliyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31