29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Futzal

Bolinha: “Hakimlərin simpatiyasının qurbanı olduq"

Dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirən Azərbaycan millisi Xorvatiya yığmasına məğlub olub.

Futbolxeber.az-ın məlumatına görə, oyundan sonra komandamızın hücumçusu Bolinha azfutzal.az saytına oyunu dəyərləndirib:

“Bu gün qələbə qazanmaq istəyirdik. Bizim real qol şansımız onlardan çox oldu. Oyuna yaxşı başladıq. Hesab açılana qədər 2-3 epizod yarata bildik. Hətta qapı dirəyini də tuş aldıq. Neynəyək ki, top qapı xəttini keçmək istəmədi. Adından da göründüyü kimi, bu, futzaldır”.

“Növbəti oyunda qrupun favoriti ilə qarşılaşacağıq və siz də sarı vərəqə cəzalısı olduğunuza görə, meydana çıxmayacaqsız. Cəzalı duruma düşdüyünüz sarı vərəqəni almağa lüzum var idimi?” sualını o, belə cavablandırıb:

“Açığı, çox yüngül epizod idi. Orada mübarizə gedirdi. Bilərəkdən qapıçıya toxunmadım. Məncə, sarı vərəqəlik epizod deyildi. Amma neynəyək, meydan sahiblərinə qarşı oynayırdıq və hakimlərin simpatiyasının qurbanı olduq. Oynamasam da, komanda yoldaşlarıma uğurlar arzulayıram. Uğur qazanacağımıza inanıram”.

O, Rusiya ilə matçın da çətin keçəcəyini qeyd edib: “Hələ heç nə həll olunmayıb. Şansımız var, amma etiraf edək ki, Rusiya millisi də çox güclüdür”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31