20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Futzal

Zaur Axundov: “Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır”

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov gələn il Litvada keçiriləcək futzal üzrə dünya çempionatının Elit Raundunun püşkatmasını dəyərləndirib.

Futbolxeber.az saytına açıqlamasında Z.Axundov qeyd edib ki, bu mərhələdə hansısa rəqibi zəif adlandırmaq olmaz:

“Elit Raundakı rəqiblərin hamısı bizə tanışdı. Rusiya millisi ilə bu yaxınlarda görüşmüşdük. Slovakiya ilə seçmə mərhələdə rəqib idik. Xorvatiya haqda da məlumatımız var. Rəqiblər güclüdürlər və mübarizə çox gərgin keçəcək. Artıq bu mərhələdə hansısa komandanı zəif adlandırmaq qeyri-mümkündü. Bunu siz də bilirsiniz”.

Rəqiblər güclü olsa da, Zaur Axundov qeyd edib ki, millimizin məqsədi yenidən dünya çempionatında çıxış etməkdir:

“Təxminən 2 ay vaxtımız var. Komandamız bu mərhələyə istədiyi kimi hazırlaşacaq. Təlim-məşq toplanışları keçiriləcək. Heyətlə və hazırlıq planı ilə bağlı baş məşqçimiz çalışır. Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdı. Komanda qarşıya qoyulan həfədə çatmaq üçün bütün gücünü səfərbər edəcək”.

Xatırladaq ki, 27 yanvar-5 fevral tarixlərində keçiriləcək Elit Raunda millimizin yer aldığı qrupun oyunları Xorvatiyada keçiriləcək. Meydan sahibləri ilə yanaşı, Rusiya və Slovakiya ilə mübarizə aparacaq yığmamız mundiala vəsiqə qazanmaq üçün qrupda birinci yeri tutmalıdır. Komandamız qrup ikincisi olsa, o zaman dünya çempionatına yüksəlmək üçün D qrupunun ikincisi ilə pley-offda qarşılacaq. D qrupunda Qazaxıstan, Sloveniya, Rumıniya və Çexiya mübarizə aparacaq. Qrupa Çexiya ev sahibliyi edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30