26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Futzal

“Azərbaycanla görüşdə ən azı 1 xala layiq olduğumuzu düşünürəm”

“Mehriban qəbula görə təşkilatçı ölkəyə təşəkkür edirəm. Sanki öz evimizdəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu futzal üzrə Moldova milli komandasının baş məşqçisi Vladimir Busatıy deyib.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Moldova yığması qrupdakı ilk görüşündə Azərbaycan millisinə 1:3 hesabı ilə məğlub olub.

Moldovalı mütəxəssis komandasının ən azı 1 xala layiq olduğunu vurğulayıb: “Oyuna gəldikdə, əlbəttə, nəticədən razı deyiləm. Ən azı 1 xala layiq olduğumuzu düşünürəm. Komanda şəklində pis təsir bağışlamadıq. Rəqibin heyətində fərdi keyfiyyətlərinə görə seçilən oyunçular olsa da, qapıçılarının daha inamlı çıxış etdiyini vurğulamalıyam. Futzalda qapıçı vacib amildir. Bu gün bizim qapıçının da işi az olmadı. 

Məqsədimiz növbəti mərhələyə adlamaqdır. Bu mərhələdə təsadüfi komanda olmur. Əsas mərhələnin nə olduğunu yaxşı bilirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30