25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Futzal

Joze Alesio: “Oyunçularımı başa düşürəm, çox çətindir”

“Bura gələnə qədər fərqli istiqamətdə hazırlaşıb, məşqlər etmişdik. Ancaq səfər zamanı 4 futzalçımızın bizə qoşula bilməyəcəyini biləndə bir gecədə planımızda məcburi dəyişiklik etməli olduq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz"ın baş məşqçisi Joze Alesio Da Silva futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində  “Halle-Gooik”ə (Belçika) 1:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Braziliyalı mütəxəssis oyun sistemini dəyişməyin çətin olduğunu bildirib:

“Razılaşarsınız ki, aylarla məşq etdiyin sistemi bir gecədə dəyişib yeni sistemə uyğunlaşmaq sadəcə, mümkün deyil. İstənilən sistemin tətbiqi üçün üzünmüddətli məşqlər etmək lazımdır. Uşaqlarla danışdıq, toparlanmağa, 6 oyunçu ilə edə biləcəyimizi reallaşdırmağa çalışdıq. Məncə, məhdud heyətlə oyunumuz pis alınmadı. Uşaqlar çox istəkli idilər, meydanda oyun intizamını pozmadılar".

"Qol vurmaq üçün də epizodlar yaratdıq. Təəssüf ki, onları reallaşdıra bilmədik. İkinci hissədə də pressinq tətbiq etdik. Oyunçularımı da başa düşürəm, çox çətindir. Sabahkı oyun üçün uşaqları yenidən bir yerə yığıb, vəziyyətə uyğun plan cızacağıq. Düzdür, hələ növbəti mərhələyə yüksəlmək üçün şanslarımız var, amma bunu reallaşdırmaq çox çətin olacaq. Düşünürəm ki, gücümüzə qənaət edib, son oyunu daha çox düşünməliyik” - deyə o bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30