24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Futzal

Joze Alesio: “Bu, Çempionlar Liqasının adına yaraşmadı”

“Bu turnirə tam fərqli hazırlaşmışdıq. Ancaq səfərə çıxan zaman fərqli, xoş olmayan “sürpriz”lə qarşılaşdıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz"ın baş məşqçisi Joze Alesio futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi ilk oyun haqda danışarkən deyib.

Braziliyalı mütəxəssis Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında 4 futzalçıya viza verilməməsi ilə bağlı məsələyə toxunub: "Söhbət iranlı oyunçular Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocayedən gedir. Səfirliyə yarışla bağlı məktubu təqdim etsək də, qərar dəyişmədi.

Əlbəttə, çətin olacaq, amma bacaracağımıza inanıram. Məşqdən əvvəl də uşaqlara dedim ki, əsas 2 oyunu düşünməliyik və bu görüşlər üçün gücümüz var. Bu gün komandamızın üzərində təzyiq yoxdur ki, bu da rahat oynamağımıza imkan verəcək”.

Baş məşqçi futzalçılara vizanın verilməməsinin azarkeşlərə hörmətsizlik olduğunu bildirib: “Dörd oyunçumuzun bizə qoşula bilməməsi çox üzücüdür. Onlar UEFA bayrağı altında keçirilən yarışda iştirak etməyi çox istəyirdilər. Əlbəttə, bu, Çempionlar Liqasının adına yaraşmadı. Təbii ki, itirən futzal olacaq. Azarkeşlər ən azı maraqlı oyunlar izləmək şansından məhrum edildilər”.

Qeyd edək ki, "Araz" Çempionlar Liqasında ilk oyununu bu gün keçirəcək. Belçika çempionu “Halle Gooik”lə görüş Bakı vaxtı ilə 22:30-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30