20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Futzal

Joze Alesio: “Udmaq istəyirsənsə, şanslarından maksimum istifadə etməlisən”

“Başlanğıcdan razı qaldım. Üç-dörd qol epizodu yaratdıq. Ancaq Thaqo və Kardoso bundan istifadə edə bilmədi. Biz bunları reallaşdıra bilmədik, əvəzində bəxtsiz qollar buraxdıq. Xüsusilə də ikinci qolu qeyd edərdim”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində bu gün Qazaxıstan yığması ilə keçirilmiş oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva affa.az-a açıqlamasında deyib.

Braziliyalı mütəxəssisn turnirin millimiz üçün faydalı olduğunu vurğulayıb:

“Qapımızda ardıcıl iki qol gördükdən sonra sanki uşaqların oyununda eniş yaşandı. Uşaqların oyundan qopmamasına çalışdıq. Fasilədə onlara hesabı unutmağı, yenidən başlamağı tapşırdım. İkinci hissədə biz daha çox qol vurduq, daha yaxşı oynadıq. Təbii ki, bu, qələbə üçün yetərli olmadı. Udmaq istəyirsənsə, şanslarından maksimum istifadə etməlisən. Rəqibin qapıçısının oyununu da ayrıca qeyd etmək istərdim.

Dünya çempionatının seçmə mərhələsinin oyunlarına qədər vaxtımız var. Ona qədər heyətimizi tam komplektləşdirəcəyik. Bu turnirin bizə böyük köməyi oldu. Rəqiblərimiz FİFA-nın reytinq cədvəlində üst sıralarda yer alan komandalardır. Onlarla qarşılaşmalar bizə səhvləri görmək, üzə çıxarmaq baxımından əvəzsiz kömək oldu, eyni zamanda təcrübə qazandırdı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30