28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Futzal

Millimizin baş məşqçisi: “Sanki uşaqların ayaqları əsir, qorxurlar”

Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ağatahir Əzimov Hollandiya ilə oyundan sonra açıqlama verib.

Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Futzal Federasiyasının saytına danışan Əzimov 1:6 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

“Hollandiyaya qarşı uşaqlar pis oynamadılar. Bərabər səviyyəli oyun idi. Yenə eyni şeylər təkrarlandı -– biz epizodlarımızdan istifadə edə bilmədik, rəqib isə əksinə, hər şansını qola çevirdi. Oyunda hesab 0:0 olan vaxt təkbətək çıxmışdıq. Qol vurmalı olduğumuz epizodda qapıçını məyus edə bilmədik, əvəzində rəqib əks-hücuma çıxdı və bizi bağışlamadı. Belə qollar buraxdıq. Azərbaycan çempionatındakı oyunlarımızdakı çatışmazlığı burda da yaşadıq. Razıyam, Avropa çempionatının oyununda Birinci Liqadakı qədər epizod yarada bilmədik, ancaq hesabı lehimizə çevirmək üçün şansımız az olmadı. Son məqamda sanki uşaqların ayaqları əsir, qorxurlar. Halbuki həmin anda ötürmə etmək lazımdı. Öz səhvlərimizdən uduzduq. Nə Kiprlə, nə də Hollandiya ilə qarşılaşmada hesab belə olmalı idi. Oyun gedir, mübarizə aparırıq, ancaq əsas məqamda işimizin öhdəsindən gələ bilmirik. Qol vura bilmiriksə, qələbə qazanmağımız da mümkün deyil. Oyunun videoyazısına baxsanız dediklərimin şahidi olacaqsınız. Bu da təcrübəsizlikdən irəli gəlir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31