19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Futzal

Alesionun təsəllisi: “Şansımızı itirməmişik”

“Araz”ın baş məşqçisi Joze Alesio Da Silva UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Vytis”ə 0:1 hesabı ilə uduzduqlatı oyunu şərh edibş

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı mütəxəssis yenilgiyə baxmayaraq, komandasının yaxşı oynadığını bildirib:

“Qrupun favoritinə qarşı mübarizə apardıq. Meydana 9 legionerlə çıxmışdılar. Yaxşı oynadığımızı qeyd edə bilərəm. Sona qədər oyun intizamını qoruduq, hücumda da müəyyən üstünlük qazandıq. Təəssüf ki, yaratdığımız epizodları realizə edə bilmədik. Əvəzində bir səhv buraxdıq və rəqib qol vurdu. Halbuki birinci hissədəki üstünlüyümüzü ikinci hissədə də inkişaf etdirməli idik.

Bu məğlubiyyətlə şansımızı itirməmişik. Uşaqlara da dedim ki, bu oyunu unudun, sabahkı matça hazırlaşın. Ötən il biz ilk 2 oyunda qələbə qazananda əksər oyunçumuz mərhələni adladığımızı düşünürdü. Ancaq son görüş hər şeyi dəyişdi. Bu dəfə də hər şey son turda məlum olacaq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30