19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Futzal

Joze Alesio: “Razıyam, müəyyən səhvlərə yol verdik”

Bu gün Bakı İdman Sarayında Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Futbolxeber.az-ın məlumatına görə, yığmamızın 1:3 hesablı yenilgisi ilə tamamlanan matçdan sonra hər iki komandanın baş məşqçisi görüşlə bağlı fikilərini AFFA-nın rəsmi saytına açıqlayıblar:

Joze Alesio da Silva (Azərbaycan milli komandasının baş məşqçisi): “Əlbəttə, yoldaşlıq oyununda nəticədən çox futzalçıların hazırlıq durumuna, verilən taktiki tapşırıqları nə dərəcədə yerinə yerimələrinə diqqət yetirilir. Məğlub olsaq da, oyun planında komandamdan narazı qalmadım. Razıyam, müəyyən səhvlərə yol verdik. Xüsusilə də hesabda geri düşdükdən sonra risk etməli olduq. Bu cür vəziyyətdə həm qol vura, həm də əksinə, buraxa bilərsən. Bir qədər hücumda axşamalar oldu. Biz Yüksək Liqada milliyə hazır hesab etdiyimiz oyunçuların hamısını dəvət etmişdik. Yəni seçim imkanımız elə də geniş deyildi”.

Ricardo Kaka (Qazaxıstan milli komandasının baş məşqçisi): “Uzun fasilədən sonra Bakıda olmaqdan məmnunam. Dostlarımı gördüm, oynadığımız illəri xatırladıq, dəyişikliklərlə tanış oldum. Yoldaşlıq oyunu keçirməyə ehtiyacımız var idi. Çünki bizə əldə edəcəyimiz nəticə yox, heyətə yeni dəvət etdiyim futzalçıları yoxlamaq lazım idi. Oyundan razı qaldım. Heç bir komanda bir-birinə güzəşt etmədi. Milliniz məğlub olsa da, xoş təəssürat yaratdı”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30