23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Futzal

"Futzalda zəif klub anlayışı yoxdur”

“Qrupumuzda hansı komandaların yer aldığını bilirik. Hər biri ölkəsinin çempionudur. Bu gün futzalda zəif klub anlayışı yoxdur. Buna görə də, oyunların hamısının çətin keçəcəyi danılmazdır və buna hazır olmalıyıq. Oyunlar Slovakiyada keçiriləcək və bu, meydan sahibi “Luçenec” komandası üçün əlavə üstünlük olacaq. Digər iki rəqibimiz mübarizəyə ilkin mərhələdən başlasa da, iddialıdırlar. Litva çempionu “Vytis” heyətini braziliyalı futzalçılarla gücləndirib. “Valletta” də sıradan rəqib deyil. Çünki həm “Vytis”, həm də “Valletta” ilkin mərhələni məğlubiyyətsiz başa vurub və mübarizəni davam etdirmək hüququ qazanıb”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz”ın baş məşqçisi Joze Alesio da Silva UEFA Çempionlar Liqasında yer aldıqları qrupu şərh edərkən deyib.

Şanslar barədə danışan baş məşqçi qrupda aşkar favoritin olmadığını vurğulayıb: “Düzdü, reytinqinə görə “Araz” qrupun top komandası sayılır. Ancaq şanslar komandalar üçün bərabərdi. Əlbəttə, şansımız var və bu, 50-nin 50-yədir”.

Alesio heyətdəki dəyişikliklərə də toxunub: “Məşqlərimizi hər gün davam etdiririk. Xüsusilə də birinci oyuna diqqət yetirəcəyik. “Vytis”in heyətində 7 braziliyalı çıxış edir. Bizin heyətdə də dəyişikliklər olub. Yerli futzalçılarla güclənməyə çalışdıq. Əlbəttə, rəqibin braziliyalılarını zərərsizləşdirmək üçün məşqlərdə bir neçə taktiki çalışmalar yerinə yetiririk. Həm də ilk oyunlar digərləri ilə müqayisədə ağır olur. Təbii ki, hər 3 oyun vacibdi. Birinci matçdan sonra diqqətimizi ikinci duelə yönəldəcəyik. Rəqiblərimizin hamısını yaxından tanıyıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30