25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Futzal

Azərbaycan Portuqaliya ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası Sloveniyadakı Avropa çempionatında qrup mərhələsinin son oyununu keçirib.
 
Futbolxeber.az-ın məlumatına görə, rəqib 7 qat Avropa və 2 qat dünya çempionu İspaniya olub. Lyublyana şəhərindəki "Stojitse" Arenasında təşkil olunmuş qarşılaşma pireneylilərin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 14-cü dəqiqədə Pola vurub.
 
Bununla da İspaniya millisi D qrupunu 4 xalla 1-ci pillədə başa vurub. Azərbaycan yığması isə 3 xalla 2-ci olub. Hər iki komanda 1/4 finala yüksəlib. Fransa isə 1 xalla qrupda qalıb.
 
Növbəti mərhələdə İspaniyanın rəqibi Ukrayna olacaq. Azərbaycan isə Portuqaliya ilə üz-üzə gələcək. Daha 2 1/4 final görüşləri isə Serbiya və Qazaxıstan, həmçinin, Sloveniya və Rusiya arasında olacaq.
 
Oyunlar 5-6 fevralda keçiriləcək.
 
Avropa çempionatı
 
4 fevral
 
23:45. Azərbaycan - İspaniya 0:1
 
Qol: A. A. Perreyra, 13:21
 
Hakimlər: Vladimir Kadıkov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30